Putin: “Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”

“Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”. Məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinMoskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında “Associated Press” müxbirinin Şimali Koreya ilə bağlı sualını cavablandırarkən deyib.

"Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq". Məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinMoskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında "Associated Press" müxbirinin Şimali Koreya ilə bağlı sualını cavablandırarkən deyib.

O hesab edir ki, Pxenyanı silah sazişindən çıxmağa Qərb vadar edib: "Liviya və İraq məsələsindən sonra Şimali Koreya başqa çıxış yolu görmür və müdafiə olunur. ABŞ təlim keçirməyəcəyini vəd etsə də, sözünün üstündə durmayıb. Bundan sonra Pxenyan raketlərin sınağını keçirib". Putin onu da qeyd edib ki, ABŞ hakimiyyəti Rusiya, Şimali Koreya və İranı eyni sırada görür, eyni zamanda Moskvadan Pxenyan və Tehranla bağlı problemlərin həllini tələb edir: "Ümumiyyətlə, siz, normal insanlarsınız?". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31