Dünya

İstanbul havaya UÇURULACAQDI - NATO-dan XAİN ADDIM

15 Dekabr 2017 11:16

İstanbulda böyük qətliama səbəb olacaq terror hücumun qarşısı Milli İstihbarat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı ilə alınıb.  Dünən Bahçelievlərdə keçirilən əməliyyatla park halında olan avtobusda 60 kiloqram bomba ələ keçirilib.

NASA-dan bu günə qədərki  ən möhtəşəm kəşf

15 Dekabr 2017 09:55

NASA bu dəfəki araşdırmalarında 8 planetdən ibarət bir sistemi kəşf etdiklərini açıqlayıb. Bunu “Google” axtarış portalının hazırladığı “süni intellekt” vasitəsi ilə aşkar ediliblər. NASA- yeni kəşfinə “Kepler-90” adını verib. Tədqiqadlara görə yeni sistem Dünyadan 2 min 545 işıq ili uzaqlığındadır. Ən maraqlısı isə buradakı ulduzlardır. Belə ki, yeni kəşf olunan sistemdə ulduzlar Günəşdən həm daha böyükdü, həm də daha istidir.

Almanlardan İsrailə AĞIR ZƏRBƏ

15 Dekabr 2017 09:53

Almaniya Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəmir. Bu fakt “Civery” adlı ictimai araşdırma mərkəzinin apardığı sorğu nəticəsində ortaya çıxıb. Virtual sorğuda iştirak edənlərin 64%-i ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı aldığı qərarı Almaniya hökumətinin qəbul etməsini istəmir.

Ölümündən əvvəl “Həyata vida” partisi verdi

15 Dekabr 2017 06:10

Ölümcül xəstəliyə tutulan yaponiyalı iş adamı Satoru Anzaki iş yoldaşlarını, tələbəlik dostlarını və əzizlərini bir yerə yığaraq “Həyata vida” partisi verib. Dünya mediasının diqqətini çəkən iş adamı, bununla həyatında olan hər kəsə minnətdarlıq etmək istədiyini deyib. Ümumilikdə partidə 1000 nəfərə yaxın insan iştirak edib. Satoru onların hər biri ilə bir-bir görüşüb, əl sıxışdırıb təşəkkür edib:

4 uşaq həlak oldu

15 Dekabr 2017 06:05

Fransanın Milla rayonunda qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində 4 uşaq ölüb, 19 nəfər xəsarət alıb. Ölənlər 13-17 yaş arası məktəblilərdir.

DƏHŞƏT: Ata 10 yaşlı qızı iki il zorladı

15 Dekabr 2017 06:03

Rusiyanın Voronej vilayətinin Xoxol rayonu sakini 10 yaşlı ögey qızının zorlanmasına görə məhkəmə qarşısında duracaq. Bu haqda Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsindən bildirilib.

Tuba Büyüküstün əkizlərinin Yeni il partisində

14 Dekabr 2017 19:49

Aktrisa Tuba Büyüküstün əkizləri Toprak və Mayanın Yeni il partisinə qatılıb. Qızları ilə şam ağacının altında şəkillər çəkdirən aktrisa olduqca əylənib. Partidən fotolar social şəbəkədə paylaşılıb. 

İnformasiya təhlükəsizliyi bazarı üzrə illik proqnoz açıqlanıb

14 Dekabr 2017 19:38

Korporativ sistemlərin kibermühafizəsi üçün proqram təminatı istehsalçısı – “Trend Micro Incorporated” şirkəti informasiya təhlükəsizliyi bazarı üzrə illik proqnozu açıqlayıb.

Süni intellekt çoxlu iş yerləri yaradacaq

14 Dekabr 2017 19:32

Süni intellekt texnologiyalarının inkişafı və geniş tətbiqi robotların iş yerlərində tez-tez insanları əvəz etməsi ilə nəticələnir. Eyni zamanda kompüterlər yeni iş yerləri yaradır və bir neçə il sonra onların sayı süni intellektə görə işdən çıxarılanların sayını ötəcək.

Bioprinter şəkərli diabetlər üçün mədəaltı vəzi hüceyrələri çap edəcək

14 Dekabr 2017 19:25

Avstraliyanın Vullonqonq Universitetinin alimləri şəkərli diabet xəstələri üçün lazımi orqanın yeni hüceyrələrini çap edə bilən üçölçülü bioprinter təqdim ediblər.   “PICT” (Pancreatic Islet Cell Transplantation) adlanan innovativ sistemdən istifadə zamanı “3D” printerdə insulinin hazırlanmasına cavabdeh mədəaltı vəzi hüceyrələrinin yerləşdiyi üçölçülü karkas yaratmaq mümkündür. Bu üsul mədəaltı vəzi hüceyrələrinin köçürülməsi zamanı donor toxumasının ayrılma riskini azaltmağa imkan verir.

Papadan şeytanla bağlı ŞOK SÖZLƏR - Hamı ÇAŞ-BAŞ QALDI

14 Dekabr 2017 19:21

“Şeytan sis deyil, gerçək bir şəxsdir, ancaq onunla dialoqa girməyin”. Bu fikirləri Katolik Kilsəsinin lideri, Papa Françesko İtaliya Katolik Kilsəsinin televiziya kanalı TV2000-də ötən gün yayımlanan proqramda çıxışı zamanı deyib. Fikirləri ilə çaşqınlığa səbəb olan Papa insanlara səslənərək bildirib ki, şeytanla dialoqa girənlər qeyb ola bilər. “Şeytan pislikdir, Milandakı sis deyil. Yayılan bir şey deyil, gerçək bir şəxsdir”.

Britaniyada ilk dəfə robot jurnalistin materialları dərc edilib

14 Dekabr 2017 19:19

Böyük Britaniyada insanın robotla birgə müəllifliklə yazdığı ilk materialların dərcinə başlanılıb. Tərəfdaşlıq ideyası “Urbs” korporasiyası və “Press Association” informasiya agentliyinə məxsusdur.

Dinləməni istisna edən unikal kvant telefonu yaradılıb

14 Dekabr 2017 19:12

Fərdi məlumatların mühafizəsi ən müxtəlif üsullarla həyata keçirilir. Bu məsələ xüsusilə aktualdır, çünki fərdi xarakterli istənilən informasiya, bir qayda olaraq, digər insanları maraqlandırır və lazımi texniki bacarıq vaxtı telefon söhbətini dinləmək və ya başqa kompüterdən məlumatları oğurlamaq mütəxəssislər üçün çətinlik törətmir. Moskva Dövlət Universitetinin alimləri bu problemin həlli üçün yeni üsul təklif ediblər. Onlar dinləmə imkanını istisna edən unikal kvant telefonu yaradıblar.

Ramzan Kadirov: Çeçenlər Putinin piyadalarıdırlar

14 Dekabr 2017 18:17

Çeçenlər Rusiya prezidenti Vladimir Putinin piyadalarıdırlar. Məlumata görə, bunu Çeçenistan rəhbəri Ramzan Kadirov bildirib.

SOS! Arktikada buz son 1500 il ərzində İLK DƏFƏ daha sürətlə əriyir

14 Dekabr 2017 17:37

Qlobal istiləşmə ilə əlaqədar Arktikada buz son 1500 il ərzində olduğundan daha sürətlə əriyir. Məlumata görə, bu barədə ABŞ-ın Okeanların və atmosferin tədqiqatı Milli İdarəsinin hesabatında deyilir.