Dünya

Rusiyada Şaxta babaya pensiya verilir?

15 Dekabr 2017 14:17

Rusiyanın əsas Şaxta babası pensiyadan imtina etdiyini deyib. Məlumata görə, mətbuat konfransında sualları cavablandıran Şaxta baba pensiya almadığını deyib. Şaxta baba qeyd edib ki, pensiyanı daha çox ehtiyacı olan şəxslər almalıdır. Rusiyanın əsas Şaxta babası mətbuat konfrasında prezident Vladimir Putin üçün hədiyyə hazırladığını da deyib: "Hədiyyə mütləq olacaq, amma deməyəcm nə hədiyyədir".

Saakaşvili ekstradisiya edilə bilər

15 Dekabr 2017 13:45

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ekstradisiya oluna bilər. Ukrayna və Gürcüstan Saakaşvilinin ekstradisiya edilməsi barədə gizli danışıqlar aparır. Bu xəbəri Gürcüstanın "Rustavi-2" kanalı yayıb.

Kremlin “nə HƏRB, nə SÜLH” düsturlu Qarabağ planı

15 Dekabr 2017 13:33

Son bir neçə ayda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aktiv danışıqlar prosesinin davam etməsinə baxmayaraq, münaqişənin həlli istiqamətində hələ də konkret addımların atılmasının şahidi olmuruq.

Netanyahu polisdə dindirilib

15 Dekabr 2017 13:30

İsrailin baş naziri Benyamin Netanyahu yeddinci dəfə polisə ifadə verib. Məlumata görə, baş nazir İsraildəki nəşriyyat evlərindən birinin xeyrinə qanun layihəsinin imzalanması təqdirində bahalı hədiyyələr almaqda təqsirli bilinir.

Məxfi Saakaşvili əməliyyatı: Tiflis Minsklə razılaşmaq istəyir

15 Dekabr 2017 13:04

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri Mixail Saakaşvilinin Belarusa verilməsi üçün Ukrayna ilə gizli danışıqlar aparır. Bu barədə informasiyanı “Rustavi 2” televiziyası yayıb.

Sarkisyandan etiraf:  Son saniyəyə qədər...

15 Dekabr 2017 13:01

Təyin olunan müddətdə bütün vəzifələr tutulacaq. Bu barədə Ermənistan Prezidenti Serj Sərkisyan “Armeniya” telekanalına müsahibəsində gələn ilin aprel ayında ölkə hökumətinin formalaşması barədə sualı cavablandırarkən bildirib.

NASA alimləri ikinci “Günəş sistemi”ni tapdılar - VİDEO

15 Dekabr 2017 12:57

Kosmosda ikinci “Günəş sistemi” mövcuddur. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri süni intellekt sayəsində Kepler-90 ulduz sistemindən yeni – 8-ci ekzoplaneti aşkarlayıblar.

Kremldən əmr gözləyirlər - Müharibə istənilən vaxt BAŞLAYA BİLƏR

15 Dekabr 2017 12:55

Rusiya istənilən vaxt Kremldən verilən əmrlə dövlətimizə qarşı genişmiqyaslı döyüş əməliyyatlarına başlaya bilər. Bunu Ukrayna-NATO Komissiyasının iclasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

Merkel Rusiyaya qarşı sanksiyaları aradan götürməyə heç bir səbəb görmür

15 Dekabr 2017 12:43

"Aİ liderləri Rusiyaya qarşı olan sanksiyaları aradan götürmək üçün heç bir irəliləyiş görmədiklərini açıqlayıblar”.   Bu barədə Almaniya kansleri Angela Merkel Avropa İttifaqı (Aİ) samitinin ilk iş günündə məlumat verib. 

“Ayla” Oskara qatılmayacaq

15 Dekabr 2017 12:39

Can Ulkayın ekranlaşdırdığı “Ayla” filmi Türkiyəni Oskar beynəlxalq mükafatlandırma mərasimində “Xarici dildə ən yaxşı film” kateqoriyasında təmsil edəcəkdi. Olaylar.az bildirir ki, Oskara namizəd olan filmlərin siyahısı açıqlanıb və “Ayla” filminin adı  son siyahıda qeydə alınmayıb.

Məşq zamanı qətliam: 6 ölü, 10 yaralı - VİDEO

15 Dekabr 2017 12:38

Braziliyada silahlı şəxslər futbol məşqi zamanı 6 nəfəri öldürüb, 10 nəfəri ağır yaralayıblar. Cinayətkarlar qurbanlarını yaşlılar və uşaqlar olmaqla qruplara ayırdıqdan sonra güllələyiblər. Öldürülənlərdən biri xarici, digərləri Braziliyanın Manaus şəhərinin həvəskar futbol klubu olan T5 Jamaica-nın oyunçularıdır. 

Ərdoğanın sözçüsü: "İƏT-in sammiti ABŞ-ın Qüdslə bağlı qərarına cavab deyil"

15 Dekabr 2017 12:29

İstanbulda Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması barədə qərarın qəbul edildiyi İslam Əməkdaşlıq Təşkilatının sammitinə ABŞ-ın Qüdslə bağlı qərarına cavab qismində baxmaq lazım deyil. Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Rusiyada prezident seçkilərinin tarixi məlum olub

15 Dekabr 2017 11:30

Rusiyada prezident seçkilərinin tarixi məlum olub. Məlumata görə, seçkilər gələn il martın 18-də keçiriləcək. Müvafiq qərar bu gün Rusiya Federasiya Şurasının iclasında qəbul olunub. 

Fransada faciə — Məktəb avtobusu qatarla toqquşdu

15 Dekabr 2017 11:27

Fransanın cənubundakı Perpiqnan şəhərində faciə baş verib. Qatar ilə 11-15 yaşlı məktəb şagirdlərini daşıyan avtobus toqquşub. Fransanın daxili işlər nazirliyindən verilən açlqlamada bildirilir ki, ən azı 4 azyaşlı həlak olub. 19 nəfər isə xəsarət alıb. Yaralananlardan 7-sinin vəziyyəti ağırdır. 

İtaliyalı kosmonavt 5 aydan sonra yerə qayıtdı

15 Dekabr 2017 11:25

Avropa Kosmik Agentliyinin (EKA) ekipaj üzvləri - italiyalı Paolo Nespoli, amerikalı Rendolf Breznik və rusiyalı Sergey Ryazanskiy “Soyuz” kosmik gəmisində Qazaxıstan ərazisində yerə eniblər. EKA-nın ekipaj üzvləri 139 gün kosmosda qaldıqdan sonra yerə qayıdıblar.