Məşq zamanı qətliam: 6 ölü, 10 yaralı - VİDEO
Braziliyada silahlı şəxslər futbol məşqi zamanı 6 nəfəri öldürüb, 10 nəfəri ağır yaralayıblar. Cinayətkarlar qurbanlarını yaşlılar və uşaqlar olmaqla qruplara ayırdıqdan sonra güllələyiblər. Öldürülənlərdən biri xarici, digərləri Braziliyanın Manaus şəhərinin həvəskar futbol klubu olan T5 Jamaica-nın oyunçularıdır.
15 Dekabr 2017 12:38 DünyaBraziliyada silahlı şəxslər futbol məşqi zamanı 6 nəfəri öldürüb, 10 nəfəri ağır yaralayıblar. Cinayətkarlar qurbanlarını yaşlılar və uşaqlar olmaqla qruplara ayırdıqdan sonra güllələyiblər. Öldürülənlərdən biri xarici, digərləri Braziliyanın Manaus şəhərinin həvəskar futbol klubu olan T5 Jamaica-nın oyunçularıdır. Braziliya telekanallarından biri hücuma məruz qalan şəxslərin cəsədlərinin meydançada uzandığı videonu yayımlayıb. Ölənlərin adları açıqlanıb. Yaralılardan birinin vəziyyəti olduqca ağırdır. Onun 16 yaşı var. Qətliama səbəb kimi mafiya başçıları arasındakı dava göstərilir. Belə ki, hadisə Yeni il qətliamına görə saxlanılan mafiya üzvlərinin doğulduğu yerdə, Compensada törədilib. Hadisə ilə bağlı araşdırma aparılır. Milli.az Mirror-a istinadla xəbər verir.