Merkel Rusiyaya qarşı sanksiyaları aradan götürməyə heç bir səbəb görmür
"Aİ liderləri Rusiyaya qarşı olan sanksiyaları aradan götürmək üçün heç bir irəliləyiş görmədiklərini açıqlayıblar”. Bu barədə Almaniya kansleri Angela Merkel Avropa İttifaqı (Aİ) samitinin ilk iş günündə məlumat verib.
15 Dekabr 2017 12:43 Dünya"Aİ liderləri Rusiyaya qarşı olan sanksiyaları aradan götürmək üçün heç bir irəliləyiş görmədiklərini açıqlayıblar". Bu barədə Almaniya kansleri Angela Merkel Avropa İttifaqı (Aİ) samitinin ilk iş günündə məlumat verib.
Xatırladaq ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı iqtisadi sanksiyalarını genişləndirmək fikrində olduqlarını açıqlamışdı.
Ukrayna prezidenti Petro Poroşenko isə öz növbəsində Merkelə, Fransa prezidenti Emmanuel Makrona və Kiyevlə əməkdaşlıq edən digər Aİ ölkələrinə qəbul etdikləri qərara görə təşəkkür edib. Azadinform.az