Ərdoğanın sözçüsü: "İƏT-in sammiti ABŞ-ın Qüdslə bağlı qərarına cavab deyil"
İstanbulda Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması barədə qərarın qəbul edildiyi İslam Əməkdaşlıq Təşkilatının sammitinə ABŞ-ın Qüdslə bağlı qərarına cavab qismində baxmaq lazım deyil. Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
15 Dekabr 2017 12:29 Dünyaİstanbulda Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması barədə qərarın qəbul edildiyi İslam Əməkdaşlıq Təşkilatının sammitinə ABŞ-ın Qüdslə bağlı qərarına cavab qismində baxmaq lazım deyil. Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
O qeyd edib ki, əksər müsəlman ölkələri, o cümlədən Türkiyə Şərqi Qüdsü Fələstinin paytaxtı olduğunu qəbul edir: "Şərqi Qüdsdə Türkiyə konsulluğu da fəaliyyət göstərir".
Xatırladaq ki, dekabrın 13-də İstanbulda İƏT-in Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib. Trend.az