Moskvada rekord: təmirsiz mənzil 4,15 milyarda satılır 

Rusiyanın paytaxtı Moskva dünyanın ən bahalı şəhərlərindən biridir. Moskvada daşınmaz əmlak da çox bahalıdır. Lakin bu günlərdə satışa çıxarılmış iki mənzilin qiyməti heyrət doğurur. Moskvanın Patriarişe Prudı səmtində, Qranatnaya döngəsinldə inşa edilmiş "Granatny Palace" yaşayış kompleksindəki binalardan birinin 8-ci mərtəbəsində yerləşən mənzil 4,15 milyard rubla (70 milyon dollar) satılır. Mənzil təmirsizdir. Ümumi sahəsi 952 kvadrat metr olan penthaus binanın 8-ci mərtəbəsini bütünlüklə tutub.

Digər mənzil isə "Moskva" otelindədir. Heç bir təmiri olmayan 1200 kvadrat metrlik ikimərtəbəli mənzilin ilkin satış qiyməti 3,72 milyard rubldur. Bu iki mənzilin təmir layihələrindəki interyer dizaynı fotolarını təqdim edirik. Milli.az Vedomosti-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31