Hindistanda 60 nəfər “Okxi”nin qurbanı oldu

Hindistanın cənubunda ötən həftənin əvvəli tüğyan etmiş “Okxi” qasırğasının qurbanlarının sayı artmaqdadır. Məlumata görə, son rəqəm 60 nəfərə çatıb. bMəlumata görə, daha 2500 nəfərin həyatı xilas edilib. Daha ağır fəsadlar Hindistanın Tamilnad ştatında qeydə alınıb.

Hindistanın cənubunda ötən həftənin əvvəli tüğyan etmiş "Okxi" qasırğasının qurbanlarının sayı artmaqdadır. Məlumata görə, son rəqəm 60 nəfərə çatıb. bMəlumata görə, daha 2500 nəfərin həyatı xilas edilib. Daha ağır fəsadlar Hindistanın Tamilnad ştatında qeydə alınıb. Ştatın Fövqəladə Hallar Xidmətinin məlumatına görə, 100-dən çox adam yaralanıb, itkin düşənlər var. Qasırğa nəticəsində ştatda 70-dən çox evin tamamilə dağıldığı, yüzlərlə evin yararsız hala düşdüyü bildirilir. Meteoroloqlar yaxın vaxtlarda silkonun digər ştatlara da keçəcəyi barədə xəbərdarlıq ediblər. Ştatlarda hərbçiər və xilasedicilər xəbərdarlıqdan sonra gücləndirilmiş iş rejiminə keçiblər. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31