“Samsung” qurğuların enerji ilə dodurulması üçün “ağıllı” sviteri patentləşdirib
Cənubi Koreyanın "Samsung" şirkəti istifadəçilərə qurğuları enerji ilə doldurmağa imkan verəcək "ağıllı" sviter modeli üçün patent hüququ alıb. Şirkətin planlarına görə, cemper enerjini əl hərəkətlərindən hasil edəcək. Qollarda və geyimin ön hissəsində xüsusi ötürücülərin quraşdırılması nəzərdə tutulur.
13 Dekabr 2017 19:18 DünyaCənubi Koreyanın "Samsung" şirkəti istifadəçilərə qurğuları enerji ilə doldurmağa imkan verəcək "ağıllı" sviter modeli üçün patent hüququ alıb. Şirkətin planlarına görə, cemper enerjini əl hərəkətlərindən hasil edəcək. Qollarda və geyimin ön hissəsində xüsusi ötürücülərin quraşdırılması nəzərdə tutulur.
Akkumulyator kürəyin arxa hissəsində yerləşəcək. Hazırda onun həcmi barədə məlumat verilməsə də, patent müraciətinə görə, mütəxəssislər tərəfindən zəif gücə malik batareyadan istifadə planlaşdırılır. Yeni texnologiyanın yanvarda Las-Veqasda keçiriləcək "CES-2018" sərgisində nümayişi gözlənilir. "ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən xəbər verir.