Qüds ətrafında baş verənlər Qarabağla eynilik təşkil edir

Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdslə bağlı məlum açıqlaması bütün dünyanın əsas diqqət mərkəzinə çevrildiyi kimi, bu məsələyə olan münasibətdə də fərqli yanaşmaları ortaya qoydu. Bəziləri Qüdsün İsrail, bəziləri isə Fələstin şəhəri olması mövqeyindən çıxış etdi. Elə Azərbaycanın özündə də sözügedən məsələ ilə bağlı müxtəlif yanaşmalara ortaya qoyuldu. Siyasətçisindən tutmuş iqtisadçısına kimi, ziyalısından tutmuş sadə vətəndaşına qədər hərə öz möğvqeyini ortaya, məsələyə, problemə yanaşma tərzi sərgilədi. Elə siyasi partiya nümayəndələri də öz növbələrində Qüds qalmaqalına münasibtə bildirdilər.

Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdslə bağlı məlum açıqlaması bütün dünyanın əsas diqqət mərkəzinə çevrildiyi kimi, bu məsələyə olan münasibətdə də fərqli yanaşmaları ortaya qoydu. Bəziləri Qüdsün İsrail, bəziləri isə Fələstin şəhəri olması mövqeyindən çıxış etdi. Elə Azərbaycanın özündə də sözügedən məsələ ilə bağlı müxtəlif yanaşmalara ortaya qoyuldu. Siyasətçisindən tutmuş iqtisadçısına kimi, ziyalısından tutmuş sadə vətəndaşına qədər hərə öz möğvqeyini ortaya, məsələyə, problemə yanaşma tərzi sərgilədi. Elə siyasi partiya nümayəndələri də öz növbələrində Qüds qalmaqalına münasibtə bildirdilər.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyir ki, bir neçə gündür ki, mətbuat, xüsusilə də sosial şəbəkələrdə Qüds məsələsinə müxtəlif münasibətlər sərgilənir. Onun sözlərinə görə, hətta Birləşmiş Ştatlar prezidenti Donald Trampın qərarını dolayısı ilə dəstəkləyən mövqelərə də rast gəlmək mümkündür: "Belə mövqe nümayiş etdirənlər əsasən Dağlıq Qarabağ məsələsi ətrafında Fələstin liderləri Yasir Ərafat və Mahmud Abbasın yanlış mövqeyini, ərəb toplumunun tarixi, xüsusən XIX-XX əsrlərdə nümayiş etdirdiyi səhvləri, bizə İsrailin dəstəyini, müsəlman dövlətlərinin bir qisminin yanımızda deyil, düşmənin yanında olması ilə əsaslandırıblar.  Fikrimcə, bu səthi yanaşmadır". Vətəndaş və İnkişaf Partiyasının sədri deyib ki, Qüds məsələsi təkcə ərəb, Fələstin məsələsi deyil: "Bu ilk növbədə Allahın seçdiyi məkan, səmavi dinlərin beşiyi kimi bərqərar olmuş şəhərə münasibət məsələsidir. Əgər biz dinimizin İslam, özümüzün müsəlman, elçimizin Məhəmməd (s.ə.s.) olduğunu qəbul ediriksə, Məscidi Əl-Aksanı müqəddəs biliriksə, Peyğəmbərimizin orada namaz qılmasına inanırıqsa bu məsələyə səsimizi ucaltmalıyıq. 
Birləşmiş Ştatlar prezidenti Donald Trampın etdiyi fitnədən başqa bir şey deyil". Əli Əliyev onu da diqqət çatdırıb ki, bu qərar İsrail xalqının da maraqlarına uyğun deyil: "Ərəb dünyasının mərkəzində yaşayan, ərəblərlə eyni mənşədən olan Musa peyğəmbər davamçıları belə qərarın onlar üçün faydalı olacaqlarına inanmamalıdırlar. Belə qərar bölgəyə yalnız savaş və gərginlik gətirə bilər. 
Mənə görə Qarabağ işğalının arxasında, dünyanın açıq görünən zülmə susmasında dini faktor son yerdə durmur. Toplum olaraq anlamalıyıq ki, bizi dünyada İslam dünyasının parçası, Türk qövmünün tərkibi qismində tanıyırlar. Statusumuz bir reallıqdır. Bizə olan münasibət də kimliyimizdən qaynaqlanır. Cəmiyyətimiz dini, etnik, siyasi mənsubiyyətimizi nəhayət ki, bilməli və müvafiq nəticə çıxarmalıdır. 
Əgər bu gün müsəlman toplumu olduğumuzu dərk ediriksə, Qüds məsələsinə həssaslıqla yanaşmalıyıq. Qüds ətrafında baş verənlər Qarabağla eynilik təşkil edir. Dünən Ərafatın, bu gün isə Mahmudun yanlış mövqeyini dəyişməyi bacarmalıyıq. Mahmud Abbasa başa salmaq lazımdır ki, Qarabağda baş verənlər hayların azadlıq savaşı deyil, işğal siyasətidir. Bu yırtıcılıq, fələstinlərin üzləşdiyi haqsız münasibətlə eynilik təşkil edir. Əminəm ki, müvafiq qurumlarımız diplomatik fəaliyyətdə çevik olsalar, onlar yanlış mövqedə olmazlar".Partiya sədri deyib ki, biz İsraillə də əlaqələrimizi kəsməməliyik: "İqtidarların buraxdığı səhvlərə görə xalqlar məsuliyyət daşımamalıdır. Unutmayaq ki, Fələstin xalqına ən ciddi dəstək verən Səudiyyə Ərəbistanı Qarabağ işğalına görə Ermənistanla diplomatik əlaqələr qurmur. 
Bu gün Səlahəddin Eyyubinin zühuruna ehtiyac, İslam coğrafiyasına sahiblik missiyasına zərurət var. Türkiyə hal-hazırda dünya müsəlmanlarının himayəçisi rolunda çıxış edir. Ərəblər anlamağa başlayıblar ki, Osmanlı dönəmində malik olduqları hüzura ehtiyacları yaranıb. Qətər əmiri və İordaniya kralı bunu açıq şəkildə ifadə edirlər.  Dünya yeni dizayn mərhələsinə qədəm qoyub. Dini zəmində yenidən təşkilatlanma zamanın hökmüdür. Belə transformasiya BMT-nin Təhlükəsizlik Şurasında İslam dövlətlərindən birinin, yəqin ki, Türkiyənin yer almasını gündəliyə çıxara bilər. Belə istiqamət bizim marağımız daxilindədir.  Sonda onu deyim ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıyan yeganə beynəlxalq təşkilatdır"

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31