Dövlət katibi: ABŞ KXDR ilə danışıqlara hazırdır
"ABŞ Şimali Koreya ilə danışıqlar aparmağa hazırdır". Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bəyan edib.
13 Dekabr 2017 11:28 Dünya"ABŞ Şimali Koreya ilə danışıqlar aparmağa hazırdır". Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bəyan edib. "KXDR səlahiyyətlilərinin danışıqlar masası arxasına oturması zəruridir və biz istədikləri vaxt onlarla danışmağa hazırıq" deyə o bildirib. Tillerson həmçinin vurğulayıb ki, hər yeni raket sınağı ilə, KXDR dünya birliyindən daha da təcrid olunacaq. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31