Qısqanc ər ona xəyanət edən qadının barmaqlarını kəsdi

Qısqanc ər ona xəyanət etməkdə günahlandırdığı həyat yoldaşının əllərini kəsib. Həkimlər onun bir əlini yerinə tikə bilsələr də, digər əlini bərpa edə bilməyiblər. 

Qısqanc ər ona xəyanət etməkdə günahlandırdığı həyat yoldaşının əllərini kəsib. Həkimlər onun bir əlini yerinə tikə bilsələr də, digər əlini bərpa edə bilməyiblər. Rusiyada Dmitri Qraçov adlı 26 yaşlı kişi Margarita adlı həyat yoldaşını əxlaqslıqda günahlandırıb və onu vəhşicəsinə cəzalandırıb. Dmitri Qraçov Margarita adlı həyat yoldaşını Moskvadakı meşəyə aparıb, balta ilə işgəncə verib. O, qadının etiraf etməsi üçün onun barmaqlarını baltalayıb. Qadın isə deyilənləri təkzib edib. Kişi qan itirən xanımını xəstəxanaya aparıb, özü isə polisə təslim olub. Dmitri həbs olunub. Milli.Az xarici mətbuata istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31