General faciəvi şəkildə həlak oldu

Ərəb mətbuatının xəbərinə əsasən,  İranın ən təcrübəli raket mütəxəssislərindən biri sayılan general Hüseyn Xosrovi Yəmənin paytaxtı Sənan şəhərinin Ərxab bölgəsində Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin bombardmanı zamanı öldürülüb.

Xosrovinin ağır raketlər üzrə mütəxəssis olduğu bildirilir. Onun Livanda, Suriyada, İraqda səhra şəraitində raket emalatı aparan montaj xətlərinin quraşdırması ilə məşğul olduğu qeyd olunub. Bomba zərbəsi zamanı bir çox yəmənli hüsi komandirinin də öldürüldüyü xəbəri yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31