Saakaşvili Ukrayna Baş Prokurorluğunda ifadə verəcək

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili dindirilmə prosesində iştirak etmək üçün Ukrayna Baş Prokurorluğuna gedəcəyini bildirib. Sorğu-sual dekabrın 18-nə təyin olunub. 

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili dindirilmə prosesində iştirak etmək üçün Ukrayna Baş Prokurorluğuna gedəcəyini bildirib. Sorğu-sual dekabrın 18-nə təyin olunub. "Mən qanuna riayət edəcəyəm, lakin bu prokurorluğa heç bir halda hörmət etməyəcəyəm", - deyə Saakaşvili ZIK telekanalının efirində bildirib. Bundan əvvəl Baş Prokurorluq Saakaşvilini şübhəli şəxs qismində dindirilməyə çağırıb. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31