Yerə yaxınlaşmış təhlükə barədə niyə xəbər verilmədi?

Noyabrın 9-da diametri 32 metrə çatan 2017 VL2 asteroidi Yerdən 117 min kilometr məsafədə keçib. Bu, səma cisminin planetimizə çox təhlükəli yaxınlaşması sayılır. ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) başda olmaqla, dünyanın heç bir müvafiq dövlət qurumu bu barədə məlumat yaymayıb.

Noyabrın 9-da diametri 32 metrə çatan 2017 VL2 asteroidi Yerdən 117 min kilometr məsafədə keçib. Bu, səma cisminin planetimizə çox təhlükəli yaxınlaşması sayılır. ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) başda olmaqla, dünyanın heç bir müvafiq dövlət qurumu bu barədə məlumat yaymayıb. NASA asteroid barədə yalnız o, Yerin yaxınlığından sürətlə keçəndən 25 saat sonra xəbər tutublar. 2017 VL2  Yerə düşsəydi, Nyu-York və ya Pekin kimi şəhər məhv olardı. Şimali İrlandiyadakı Kuins Universitetinin nəzdindəki Astrofizika Tədqiqatları Mərkəzinin əməkdaşı, professor Alan Fitssimmonsun dediyinə görə, planetimizin, sadəcə, "bəxti gətirib": "O asteroidin hərəkət orbitində cüzi dəyişiklik olardısa, Yerdə fəlakət yaşanacaqdı".

2017 VL2 asteroidi yerdən 117480 km aralıdan keçib. Bu isə Yerlə Ay arasındakı məsafənin 1/3 hissəsidir. "Apollo" asteroidlər qrupuna şamil edilən həmin səma cismini Yerə təhlükəli yaxınlaşmadan 25 saat sonra Havay arxipelaqındakı Mauna-Loa adasındakı rəsədxana qeydə alıb. "Apollo"da hazırda təqribən 1500 asteroid var və onların hər biri Yerə dəyə biləcəyindən potensial təhlükəli sayılır. Milli.Az ABC-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31