Dünya

İndoneziyada torpaq sürüşdü - Altında qalanlar var

18 Dekabr 2017 18:27

İndoneziyanın Mərkəzi Yava əyalətində torpaq sürüşməsi baş verib. Məlumata görə, sürüşmə nəticəsində azı 8 nəfərin həlak olduğu bildirilib. Məlumata gröə, sürüşmə bölgədə ciddi fəsadlara da yol açıb.

Rusiya Mərkəzi Bankı 12 milyardlıq səhv etdi

18 Dekabr 2017 18:05

Rusiya Mərkəzi Bankının cari ildə ölkədən kapital axını ilə bağlı proqnozunda 12 milyard dollarlıq yanılma olub. “Gazeta.ru” il ərzində ölkədən 29 milyard dolların getdiyini yazıb.

Hindistanda "Okhi" siklonu nəticəsində azı 88 nəfər ölüb

18 Dekabr 2017 17:59

Hindistanın cənubunda və cənub-şərq sahillərində tüğyan edən "Okhi" (benqalca "göz" deməkdir - red.) güclü tropik siklonu nəticəsində azı 88 nəfər ölüb.Siklon, əsasən, Kerala, Tamil Nadu ştatlarına və ittifaq ərazisi olan Lakşadvilə ziyan vurub.

Ukraynadan dünya rekordu - Problemli kreditlərlə bağlı

18 Dekabr 2017 17:57

2017-ci ildə Ukraynanın bank sistemi problemli kreditlər üzrə dünya rekorduna imza atıb. Məlumata görə, bunu Ukrayna Milli Bankının Maliyyə Stabilliyi Departamentinin direktoru Vitali Vavrişşuk deyib.

Türkiyədə göl buz bağladı

18 Dekabr 2017 17:53

Türkiyənin şimal-şərqində yerləşən Ərdahan vilayətində güclü şaxta səbəbindən Çıldır gölü buz bağlayıb. Gölün buz bağlaması yerli və əcnəbi turistlərin marağına səbəb.

ABŞ Türkiyəni ələ keçirməyə hazırlaşır - Vaşinqtonun GİZLİ PLANI ÜZƏ ÇIXDI

18 Dekabr 2017 17:32

Rza Zərrab işi başlanğıcdır, Amerika Türkiyəyə qarşı daha böyük bir hücuma hazırlaşır. Bu barədə türkiyəli köşə yazar Sərdar Turqut deyib. Köşə yazarı ABŞ-dakı məhkəmə işinin detalları ilə tanış olmaq imkanının olduğunu və Türkiyəyə qarşı qurulan planı gözləri ilə gördüyünü yazıb.

Sığorta bazarı 12%-dən çox böyüyüb

18 Dekabr 2017 17:20

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xətti ilə 504,235 milyon manat sığorta haqqı toplanılıb.“Olaylar” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 5,9% artaraq 230,88 milyon manat təşkil edib.

Türkiyədə körpü uçdu

18 Dekabr 2017 17:15

Türkiyənin Siirt vilayətində tikintisi başa çatmaqda olan körpü uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Körpünün uçma səbəbləri hələlik məlum deyil.

Rusiya qadağanı aradan qaldırdı

18 Dekabr 2017 16:45

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti dekabrın 15-dən etibarən Latviya və Estoniyanın bir sıra balıq emalı müəssisələrindən məhsulların idxalına qadağanı aradan qaldırıb.

İstanbul aeroportunda rusiyalı turistlər ciddi yoxlanılacaq - SƏBƏB?

18 Dekabr 2017 16:41

Türkiyə İstanbul hava limanına gələn rusiyalı turistlər üzərində nəzarəti gücləndirəcək. Məlumata görə, bununla bağlı qərar ötən ay Soçidə baş tutmuş Rusiya və Türkiyə prezidentlərinin görüşündə qəbul edilib.

Bəşər Əsəd: Suriyada terrorçuluqla mübarizə təkcə İŞİD-lə məhdudlaşmır

18 Dekabr 2017 16:38

Suriyada terrorçuluqla mübarizə təkcə İŞİD-lə məhdudlaşmır. Məlumata görə, bunu Suriya Prezidenti Bəşər Əsəd bəyan edib. Dövlət başçısı qeyd edib ki, bu mübarizə istənilən terror təşkilatına mənsub sonuncu terroçu zərərsizləşdirilənədək davam edəcək.

Bağdadi tutulubmu? - Kremldən AÇIQLAMA

18 Dekabr 2017 16:37

Kremlin mətbuat katibi Dmitri Peskov İŞİD lideri Əbubəkr Bağdadinin Suriyada tutulmasına dair çıxan xəbərlərlə bağlı açıqlama verib. D.Peskov amerikalı əsgərlərin Bağdadini tutub Suriyanın şimalındakı hərbi bazalarına apardıqları barədə xəbərlərin yalan olduğunu deyib. O, belə iddiaların hansı əsasla yayıldığını başa düşmədiyini bildirib.

Qəzzafinin oğlu prezidentliyə namizədliyini irəli sürəcək

18 Dekabr 2017 16:14

Liviyanın öldürülən keçmiş prezidenti Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətindədir.

Rusiya Kamçatkada yeni ordu yaradır

18 Dekabr 2017 16:13

Rusiyanın Kamçatka bölgəsində Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələrindən ibarət yeni ordu yaradılacaq. Məlumata görə, bu məqsədlə Rusiyanın Sakit okean donanmasının Hava Hücumundan Müdafiə qüvvələri və dəniz aviasiyası birləşdiriləcək və bu qoşunların qərargahı Kamçatkada yerləşdiriləcək.

Rusiya Donbas problemi üzrə Ukrayna ilə birgə təmsil olunduğu mərkəzdən çıxıb

18 Dekabr 2017 16:03

Rusiya Ukrayna ilə birlikdə daxil olduğu Donbasdakı vəziyyətlə bağlı yaradılmış Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzdən çıxmağa qərar verib. Məlumata görə, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.