Dünya
Əbədiyyətdə əriyənlər: cəsədləri turşu və suda həll edirlər
Vəfat edəndən sonra cəsədinin yandırılmasını və külünü kosmosa çıxarılıb səpələnməsini istəyənlər var. Təbii, belələri az olsa da, mövcuddur. Amma insanların əksəriyyəti dünyasını dəyişəndən sonra adi, rutin qaydada dəfn olunur.
Ermənistan xəritədən silinə bilər – Şarl Aznavur
Ermənistanda yumurta oğurlayanı həbs edirlər, amma milyonları oğurlayan cəzasız qalır. Bunu ermənilərin Fransada dərc etdirdiyi “Nouvelles Armeniya” qəzetinə müsahibəsində məşhur erməni müğənni Şarl Aznavur söyləyib.
“Bir neçə gündə 300 min insan öləcək...” - Üfüqdə yeni MÜHARİBƏLƏR GÖRÜNÜR
Sürix protokolunun arxiv sənədə çevrilməsinin günahkarı Ermənistandır
Yunanıstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ölkəsinin 2018-ci ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağı barədə səsləndirdiyi bəyanatı Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin pozulması istiqamətində təxribat xarakterli dəyərləndirmək olar. Yəni, Nalbandyan bu bəyanatı ilə bir daha bu ölkənin işğalçı siyasətinə sadiqliyini nümayiş etdirməklə, bölgədə destruktiv fəaliyyətini hələ bundan sonra da davam etdirəcək.
Sarkisyan Təhlükəsizlik Şurasını topladı
Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. “OLAYLAR”-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasının cari ilin son günlərinə nəzərdə tutulsa da, lakin Sarkisyan iclasın daha tez çağırılması barədə qərar verib.
Xalasından miras qalan kilidli sandıqdan çıxanlar ŞOK ETDİ
Almaniyadak xalasından ona miras qalan evə getdiyində qarşılaşdığı qutuyla həyatının şokunu yaşayıb. Evin indiki sahibi olan adamın xalası Rusiyadan qaçıb və 1940-cı illərdə Hamburqda məskunlaşıb. Almaniyanın Kommunist rəhbərliyi altında olan həyatın daha təhlükəsiz olacağını düşünən qadın baş verən bir yanğın zamanı dünyasını dəyişib.
Ermənistan ordusu çökür - Gənclər hərbi xidmətdən imtina edirlər
Ermənistanda tələbələr yenidən aclıq elan ediblər. Hərbi xidmətə yollanmaqdan imtina edən gənclər hökumət nümayəndələri ilə danışıqlardan sonra aksiyanı bərpa ediblər. Gənclər təşkilatı hökumətlə danışıqların nəticə vermədiyini bəyan edib.
Ərəb qadınları ilə bağlı ilk dəfə oxuyacağınız ƏSL HƏQİQƏTLƏR - İNANMAYACAQSINIZ
Çoxarvadlılıq və hərəmlər, aşağı səviyyəli təhsil və qadın hüquqlarının pozulması, brilyant parıltısı və hicab... Ərəb qadınlarının həyatları başqalarının gözündə bax belə stereotiplər yaradıb.
Rusiyada prezident seçkiləri kampaniyasına start verildi
Rusiyada növbəti prezident seçkiləri kampaniyasına bu gündən rəsmi şəkildə start verilib. Federasiya Şurasının bu barədə qərarı “Rossiyskaya qazeta”da nəşr olunub.
Roma Papası: “Şeytan canlı varlıqdır”
Katolik kilsəsinin ən böyük ruhani lideri, Roma Papası Fransisk İtalyanın Katolik Kilsəsinə məxsus TV 2000 adlı tele-kanalında “şeytan” anlayışı ilə bağlı fikirlərini bildirib: “Şeytan Milandakı hava çəni deyil. O hava ilə yayılmır. Şeytan həqiqi canlı varlıqdır”.
Almaniyada güclü qara görə 170-ə yaxın uçuş ləğv olunub
Bu səhər Almaniyanın Frankfurt-na-Mayn aeroportunda qar səbəbindən 170-ə yaxın uçuş ləğv olunub. Həmçinin gələn təyyarələrin bəziləri başqa hava limanlarına yönəldilib. Sərnişinlərdən öz reyslərinin statusunu yoxlamaq xahiş olunur. Aeroportun saytındakı elektron tabloda reyslərin ləğvinin həm daxili (Berlin, Hamburq, Münxen), həm də beynəlxalq (Vyana, Budapeşt, Praqa və sair) istiqamətlərdə uçuşlara aid olduğu görünür.
Baş nazirlərin İNTİHAR EDƏN OĞULLARI
Celal Bayar, Adnan Menderes və Mesüt Yılmaz – hər üçü zamanında Türkiyənin baş naziri olublar. Bu nazirləri birləşdirən ortaq bir kədər var. Belə ki, hər üç eks nazirin oğulları intihr ediblər. Olaylar.az bildirir ki, 1950 -1960 – cı illərdə Mustafa Kamal Atatürklə çalışan sonuncu baş nazir kimi tarixdə qalıb. Celal Bayarın oğlu Refi Bayar 1940 – cı ildə atasının nazir olduğu zamanda intihar edib. Celal Bayarın siyasi fəaliyyətinə kölgə salmaq istəyən bir qrup insanlar “Denizcibank” istintaqında eks naziri hədəf almaq istəyirlər. Celal Bayar baş verənlərə dözə bilməyərək intihar edir.
Hava limanının işıqları söndü, minlərlə sərnişin yolda qaldı
Hər gün 250 min sərnişinin qəbul edildiyi, 2500-dən çox uçuşun baş tutduğu Hartsfield-Jackson hava limanında işıqlar söndürülüb. Elektrik enerjisinin kəsilməsi minlərlə sərnişinə təsir edib. Onlar qaranlıq terminallarda çarəsiz vəziyyətdə qalıblar. İşıq sönən zaman çəkilən şəkillər sosial şəbəkədə paylaşılıb. Atlantanın valisi baş verən hadisəyə görə üzr istəyib.
Qasırğa 27 adamı öldürdü, 24 nəfəri "itirdi" - Filippində
Filippində güclü qasırğanın ardınca sürüşmələr baş verib. 27 nəfər təbii fəlakətin qurbanı olub, daha 24 nəfərin taleyi məlum deyil, itkin düşüb. Məlumata görə, Biliran adasının ifrastrukturu təbii fəlakətdən daha çox ziyan çəkib. Şəhərlərin birində iki məktəb dağılıb, körpülər uçulub. Bütün ölkə üzrə 11 min adam əlverişsiz hava şəraiti ilə əlaqədar limanlarda qalıb.
Tolik müğənnilərin gizlinlərini açıb BİABIR ETDİ - VİDEO
Tanınmış prodüser Tolik "ATV maqazin onlarla" proqramında buhəftəki onluğu sıralayıb. Sıralama edərkən bir sıra mətləblərin üstünü açan Tarix Əliyev İradə İbrahimovanın 200 min pul itirdiyini bildirib: "İradə Türkiyə şou-biznesinə qatılmaq istəyib və 200 min dollar pul itirib. Bunu İradə özü mənə deyib. O, Bakıdakı evini satıb, Tarkanın prodüseri Uyqar Ateşlə çalışıb. 200 min töküblər və pullar ortada batıb. İradə niyə demədi ki, "Mən də getdim orada sizin kimi pullar tökdüm, amma məni aldatdılar?"














