Dünya

Saakaşvili dindirilmədə: "Ukrayna prokurorlarına hörmət etmirəm, qanunlarına isə..."

18 Dekabr 2017 12:57

Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəlib. O, cinayətkar təşkilatların üzvlərinə kömək göstərmək ittihamı ilə dindirilməyə çağırılıb.

Efiopiyada silahlıların hücumu zamanı 60-dan çox etnik somalili ölüb

18 Dekabr 2017 12:55

Efiopiyada silahlıların hücumu nəticəsində 60-dan insan ölüb. Bu barədə “ECADF Ethiopian” xəbər portalı məlumat yayıb. Hadisə Somali ilə sərhəddə yerləşən Qərbi Harare ərazisində baş verib.

Məşhur aktyor sifariş verdiyi saat üçün 2 il gözləməli olacaq

18 Dekabr 2017 12:28

Məşhur türkiyəli aktyor Engin Altan Düzyatan sifariş verdiyi saat üçün 2 il gözləməli olacaq. Olaylar.az bildirir ki, aktyor Patek Philippe Nautilus firmasına verdiyi sifarişin qiyməti 94  min lirədi.

“Alo polis, sevgilimi öldürdüm”

18 Dekabr 2017 12:27

Türkiyənin İzmir şəhərində Günhan Ö adlı şəxs 21 yaşındakı sevgilisi Zülal Tütüncüyü qətlə yetirib. Olaylar.az bildirir ki, cinayətin səbəbi hələ ki, açıqlanmır. İlkin ehtimala görə sevgililər arasında mübahisə düşüb. Universitetdə tələbəsi olan qatil Günhan Ö cinayəti işlədikdən sonra polisə zəng edərək sevgilisini qətlə yetirdiyini etiraf edib.

Amerikalı alimdən Azərbaycan və dünya ilə bağlı DƏHŞƏTLİ 2018 PROQNOZU: Qarabağda...

18 Dekabr 2017 12:18

2018-ci ildə III Dünya müharibəsi Azərbaycan torpaqlarından başlana bilər. Bu iddianı amerikalı professor irəli sürür.  Müdafiə və təhlükəsizlik üzrə amerikalı professor Robert Farlin “The National İnterest” nəşrinə danışıb. Professor iddia edir ki, 2018-ci ildə III Dünya müharibəsi 5 nöqtədən başlana bilər.

Qırğızıstanda 11 terrorçu həbs olunub

18 Dekabr 2017 12:09

Qırğızıstanda “Hizb-ət-Tahrir” terrorçu qruplaşmasının 11 üzvü həbs olunub. Yerli mətbuat xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Trampın qızını və kürəkənini məhkəməyə verdilər

18 Dekabr 2017 12:04

Vaşinqtondan olan vəkil ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampı və onun həyat yoldaşı Cared Kuşneri məhkəməyə verib. Vəkil cütlüyü gəlirlərinin bir hissəsini gizlətməkdə ittiham edir. İddiaya əsasən, D.Trampın müşaviri olan C.Kuşner və İ.Tramp səhmlərinə sahib olduqları 30 investisiya fondunun aktivləri haqqında məlumatı bəyannamədə göstərməyiblər.

Həkim təcili yardımla xəstəxanaya gətirilən gəncə işgəncə verdi - GİZLİ ÇƏKİLİŞ - VİDEO

18 Dekabr 2017 11:59

Rusiyanın Berezniki şəhərində qeydə alınan görüntülərin sosial şəbəkədə yayılmasıyla xəstəxanaya qarşı sərt reaksiyalar artıb. Sərxoş gənc yerə yıxılıb və ayağından xəsarət alıb. Təcili yardımla xəstəxanaya çatdırılan şəxsə yardım edilməsi üçün bir neçə sənədə imza atmasını istəyiblər.

Tanınmış aparıcının ərə getməyə hazırlaşdığı keçmiş nazirin oğlu özünü öldürdü - İntihardan bir neçə dəqiqə öncə... 

18 Dekabr 2017 11:58

Yavuz Yılmaz tapançayla intihar etdikdən dəqiqələr öncə Amerikada yaşayan atasına zəng edib "Anamın sağlamlığı necədir?" deyə soruşub.  Neşe Sapmaz ilə Yavuz Yılmaz 1 ay öncə barışmışdılar və yenidən evlilik planları qurmağa başlamışdılar. 

Evlilik verilişində bəy namizədin qarşısında... -VİDEO

18 Dekabr 2017 11:45

Türkiyədə çoxsaylı qalmaqal səbəbindən yayımına qadağa qoyulan evlilik proqramlarından biri bütün qadağaları heçə sayaraq "Qlobal TV"nin "Youtube" kanalında öz yayımına davam edib.

Səmadakı obyekt UNO zənn edilirdi, hərbi texnika olduğu açıqlandı - VİDEO

18 Dekabr 2017 11:33

Amerikanın hərbi dəniz donanmasının üzvləri Sakit okean üzərində təlim keçərkən naməlum uçan obyektlə qarşılaşıblar. Onlar bildiriblər ki, iki həftədir bu obyektləri izləyirlər. Onların dediyinə görə, obyekt əvvəlcə dəniz səviyyəsindən 24 min metr yüksəklikdə olub, sonra dənizə yaxınlaşıb. Daha sonra isə radardan itib.

Bülent Ersoy azərbaycanlı modelyerə 115 MİNLİK geyim SİFARİŞ VERDİ

18 Dekabr 2017 11:20

Türkiyəli müğənni Bülent Ersoy Yeni il gecəsi üçün azərbaycanlı modelyer Rüfət İsmayıla yeni səhnə geyimi sifariş edib.

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası açıqlanacaq

18 Dekabr 2017 11:18

ABŞ prezidenti Donald Tramp ölkəsinin yeni Milli Təhlükəsizlik Strategiyasını açıqlayacaq. Yeni strategiya layihəsində Qətər-müsəlman qardaşları xəttinə qarşı mübarizənin sərtləşəcəyinə dair əhəmiyyətli detallar olacağı ehtimal edilir.