Səmadakı obyekt UNO zənn edilirdi, hərbi texnika olduğu açıqlandı - VİDEO
Amerikanın hərbi dəniz donanmasının üzvləri Sakit okean üzərində təlim keçərkən naməlum uçan obyektlə qarşılaşıblar. Onlar bildiriblər ki, iki həftədir bu obyektləri izləyirlər. Onların dediyinə görə, obyekt əvvəlcə dəniz səviyyəsindən 24 min metr yüksəklikdə olub, sonra dənizə yaxınlaşıb. Daha sonra isə radardan itib.
18 Dekabr 2017 11:33 DünyaAmerikanın hərbi dəniz donanmasının üzvləri Sakit okean üzərində təlim keçərkən naməlum uçan obyektlə qarşılaşıblar. Onlar bildiriblər ki, iki həftədir bu obyektləri izləyirlər. Onların dediyinə görə, obyekt əvvəlcə dəniz səviyyəsindən 24 min metr yüksəklikdə olub, sonra dənizə yaxınlaşıb. Daha sonra isə radardan itib.
Fravor və Slaight adlı hərbiçilər savaş gəmisinin operatoru tərəfindən təlimatlandırılıblar. Radarda siqnal olmadığını deyən hərbçilər suyun fərqli şəkildə dalğalandığını görüblər. Fravorun dediyinə görə, suyun fərqli şəkildə dalğalanmasına səbəb olan ağ, oval formalı cisim idi. Onlar həmin cismə yaxınlaşmaq istəyəndə obyekt sürətlə onlardan uzaqlaşıb. "Sürətlə uzaqlaşaraq gözdən itdi. Onun nə qanadları nə də pərləri vardı".
Fravorun 2004-cü ilin noyabr ayında gördüyünü iddia etdiyi obyekytin Pentaqon tərəfindən hazırlanmış, naməlum uçan obyektlərin araşdırılması üçün milyon dollarlıq proqram olduğu açıqlanıb. "The Advanced Aviation Threat Identification Program" adlandırılan obyekt 2007-ci ildən 2012-ci ilədək səmada olub. Ona ildə büdcədən 22 milyon dollar ayrılıb. O, bu illər ərzində səmadakı hərbi təyyarələri və digər uçan obyektləri qeydə alıb. Müdafiə Nazirliyi iki gün əvvəl belə bir cismin olduğunu təsdiqləyib. Lakin rəsmilər diqqəti yayındırmağa çalışıblar.
Qeyd edək ki, proqramı Daniel Inouye-nin dəstəyi ilə Harry Reid hazırlayıb. Milli.az Dailymail-ə istinadla xəbər verir.