Müəmmar Qəddafinin oğlu  prezident seçkilərində iştirak edəcək

Liviyanın qətlə yetirilmiş sabiq lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.

Bu barədə Seyf əl-İslam Qəddafinin nümayəndəsi Basem əl-Həşimi əl-Sül bildirib.

"Seyf əl-İslam Qəddafi 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək", - deyə Basem əl-Həşimi əl-Sül bildirib.

Onun sözlərinə görə, Seyf əl-İslam Qəddafi Liviyadakı bütün münaqişə tərəfləri ilə razılığın əldə olunmasına nail olmaq, ölkədə sabitlik və təhlükəsizliyi təmin etmək niyyətindədir. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31