Qırğızıstanda 11 terrorçu həbs olunub

Qırğızıstanda “Hizb-ət-Tahrir” terrorçu qruplaşmasının 11 üzvü həbs olunub. Yerli mətbuat xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Qırğızıstanda "Hizb-ət-Tahrir" terrorçu qruplaşmasının 11 üzvü həbs olunub. Yerli mətbuat xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, saxlanılanların hamısı Qırğızıstan vətəndaşlarıdır. Onlar Bişkek şəhəri, Çuy və İssık-kul vilayətlərinin sakinləridir.

Hazırda əlavə əməliyyat-axtarış tədrbirləri davam etdirilir.

Qeyd edək ki, "Hizb-ət-Tahrir" ("İslam Azadlıq Partiyası") dünyanın bir sıra ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınıb. Onlar müsləman olmayan hakimiyyətləri devirib, onların yerində "Ümumdünya İslam Xilafətini" qurmaq uğrunda mübarizə apardıqlarını deyirlər. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31