Hava limanının işıqları söndü, minlərlə sərnişin yolda qaldı
Hər gün 250 min sərnişinin qəbul edildiyi, 2500-dən çox uçuşun baş tutduğu Hartsfield-Jackson hava limanında işıqlar söndürülüb. Elektrik enerjisinin kəsilməsi minlərlə sərnişinə təsir edib. Onlar qaranlıq terminallarda çarəsiz vəziyyətdə qalıblar. İşıq sönən zaman çəkilən şəkillər sosial şəbəkədə paylaşılıb. Atlantanın valisi baş verən hadisəyə görə üzr istəyib.
18 Dekabr 2017 13:25 DünyaHər gün 250 min sərnişinin qəbul edildiyi, 2500-dən çox uçuşun baş tutduğu Hartsfield-Jackson hava limanında işıqlar söndürülüb. Elektrik enerjisinin kəsilməsi minlərlə sərnişinə təsir edib. Onlar qaranlıq terminallarda çarəsiz vəziyyətdə qalıblar. İşıq sönən zaman çəkilən şəkillər sosial şəbəkədə paylaşılıb. Atlantanın valisi baş verən hadisəyə görə üzr istəyib.
Qeyd edək ki, hazırda elektrik enerjisi bərpa edilib. Lakin uçuşların çoxu təxirə salınıb.
Fotoları təqdim edirik. Milli.Az BBC-yə istinadla xəbər verir.




