Dünya

Məşhur aktyor kinodan uzaqlaşır

19 Dekabr 2017 09:25

Hollivudun dünya şöhrətli aktyoru Jan-Klod Van Damm kino sahəsində yaranan problemlər səbəbindən yeni biznes sahələrinə yatırım edəcəyini bildirib. “The Guardian” nəşrində yayımlanan məlumata görə, aktyor Türkiyədə sağlamlıq və idman mərkəzləri ("Fitness&Health") şəbəkəsi açacaq. Aktyorun layihələri ilə bağlı Türkiyənin İstanbul şəhərinə gəlməsi gözlənilir.

Yaxın 10 ildə dünya üçün 8 FƏLAKƏT SSENARİSİ

19 Dekabr 2017 09:12

“Bloomberg” agentliyi yaxın 10 il üçün ən təhlükəli hadisələrin ssenarilərini açıqlayıb. Onları təqdim edirik: 1. Neft erasının sonu 2018-ci ildə akkumulyatorların hazırlamasında sıçrayış sayəsində ucuz elektrik avtomobillərin kütləvi buraxılışı başlanacaq. 2021-ci ildə Yaponiyadan ABŞ-a qədər dünya iqtisadiyyatı avtomobil bazarında kəskin dəyişikliklərlə əlaqədar çətinliklərlə qarşılaşacaq. Neftin bir barelinin dəyəri 20 dollara qədər düşəcək. Bu, Ər-Riyad və Moskvada daha güclü hiss ediləcək, Rusiya zavodlarında qarışıqlıqlar başlanacaq. 2024-cü ildə Səudiyyə Ərəbistanında iqtisadi böhran başlanacaq, Yaxın Şərq və Rusiyada qeyri-stabil siyasi vəziyyət yaranacaq.

Əhmədinejad İran hakimiyyətinə 48 saat vaxt verdi

18 Dekabr 2017 20:27

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ona qarşı irəli sürülən ittihamların sübuta yetirilməsi üçün hakimiyyətə 48 saat vaxt verib. Ölkənin keçmiş başçısı əks halda danışacağını bildirib.

“Qalatasaray”da növbədənkənar İCLAS

18 Dekabr 2017 20:24

“Qalatasaray”ın baş məşqçisi İqor Tudorun istefaya göndərilməsindən sonra klub rəhbərliyində anlaşmazlıq yaranıb. Yeni baş məşqçi seçimində fikir ayrılığı yaranıb. Bunun nəticəsində klubun idarə heyəti növbədənkənar iclas çağırmağa qərar verib. İclasda klub prezidentliyinə erkən seçimlər də olacaq.

“Huawei” şirkəti ikiqat əsas kameraya malik yeni qurğusunu təqdim edib

18 Dekabr 2017 20:01

“Huawei” şirkəti ikiqat əsas kamera və yüksək dəqiqlikli ekranla təchiz edilmiş “Enjoy 7S” aparatını təqdim edib. Qurğu 2,36 QHs-dək takt tezlikli səkkiznüvəli “Kirin 659” prosessoru və daxili “Mali-T830 MP2” qrafik sürətləndiricisi ilə təchiz edilib. Aparat “Android 8.0 Oreo” platformasının idarəetməsi altında işləyir.

“Tango” əlavə reallıq layihəsinin fəaliyyəti dayandırılacaq

18 Dekabr 2017 19:53

“Google” şirkəti 1 mart 2018-ci ildən “Tango” əlavə reallıq layihəsinin dəstəklənməsini dayandıracağını açıqlayıb. Bu barədə məlumat layihənin “Twitter” şəbəkəsindəki mikrobloqunda dərc edilib.  

Sosial şəbəkələrin istifadəçilərin psixologiyasına təsiri araşdırılıb

18 Dekabr 2017 19:45

“Facebook”un tədqiqatlar üzrə direktoru Devid Qinzberq və şirkətin elmi işçisi, sosial psixoloq Moyra Berk tərəfindən dərc edilmiş araşdırmada sosial şəbəkələrin istifadəçilərin psixologiyasına müxtəlif təsiri haqda məlumat öz əksini tapıb.

Bu ilin ən populyar qurğuları məlum olub

18 Dekabr 2017 19:39

“Google” şirkəti axtarış sistemi istifadəçilərinin 2017-ci ildə ən populyar sorğularını dərc etməkdə davam edir. Növbəti ilk beşillikdə dünyanın 5 ən populyar qurğusu yer alıb.  

“Windows 10” əməliyyat sistemində yeni boşluq aşkar edilib

18 Dekabr 2017 19:34

“Google” şirkətinin mütəxəssisi Tevis Ormandi “Windows 10” sisteminə inteqrasiya edilmiş “Keeper” adlı şifr menecerinin brauzerlər üçün plaqinində kritik boşluq aşkar edib. Hakerlər sözügedən boşluq sayəsində  yoluxmuş veb-saytlar vasitəsilə istifadəçilərin yadda saxlanmış parollarına müdaxilə edə bilərlər. “Microsoft” şirkəti artıq reaksiya verib.

Gülləkeçirməz çexol noutbukları qoruyacaq

18 Dekabr 2017 19:29

San-Fransisko həvəskarları noutbuk üçün gülləkeçirməz çexol yaradıblar. “C6SHELL” mühafizəli çexol layihəsi “Kickstarter” vəsait toplanışı saytında yerləşdirilib.

Cənubi Koreyanın musiqi qrupunun lideri 27 yaşında intihar edib

18 Dekabr 2017 18:40

Seulda Cənubi Koreyanın "SHINee" musiqi qrupunun 27 yaşlı vokalçısı Kim Yon Hyon intihar edib. İlkin məlumatlara əsasən, ölümə toksik qazlarla zəhərlənmə səbəb ola bilər.

"Elə bir bataqlığa girdim ki..."

18 Dekabr 2017 18:30

Sonuncu dəfə İran istehsalı olan “Cin” filmində çəkilən aktrisa Nurgül Yeşilçay işlərinə ara verib. Məlumata görə, vaxtının çoxunu evdə film və serial izləyərək keçirən aktrisa düşdüyü vəziyyəti “bataqlıq” adlandırıb: “Elə bir bataqlığa girdim ki… Evdə oturub film və serial izləyirəm.