Məşhur aktyor kinodan uzaqlaşır

Hollivudun dünya şöhrətli aktyoru Jan-Klod Van Damm kino sahəsində yaranan problemlər səbəbindən yeni biznes sahələrinə yatırım edəcəyini bildirib. “The Guardian” nəşrində yayımlanan məlumata görə, aktyor Türkiyədə sağlamlıq və idman mərkəzləri ("Fitness&Health") şəbəkəsi açacaq. Aktyorun layihələri ilə bağlı Türkiyənin İstanbul şəhərinə gəlməsi gözlənilir.

Hollivudun dünya şöhrətli aktyoru Jan-Klod Van Damm kino sahəsində yaranan problemlər səbəbindən yeni biznes sahələrinə yatırım edəcəyini bildirib. "The Guardian" nəşrində yayımlanan məlumata görə, aktyor Türkiyədə sağlamlıq və idman mərkəzləri ("Fitness&Health") şəbəkəsi açacaq.

Aktyorun layihələri ilə bağlı Türkiyənin İstanbul şəhərinə gəlməsi gözlənilir.

Türkiyəli iş adamları ilə razılıq əldə olunduğu halda ölkənin İzmir, İstanbul, Ankara və İzmit şəhərlərində mərkəzlərin açılacağı planlaşdırılır.

Van Dammın maliyyələşdirəcəyi layihələrin rəhbəri qeyd edib ki, Türkiyədən başqa Nyu York, Dubay və Londonda da sağlamlıq və idman mərkəzlərinin tikilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Van Dammın fitness müəllimi kimi fəaliyyət göstərmə ehtimalı da var. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31