Dünya
Çində kimya zavodu partladı, sonra yandı: ölən və yaralananlar var
Çinin şərqindəki Şandun əyalətində kimya zavodundan güclü partlayış baş verib. Partlayışın ardına zavodda güclü yanğın başlayıb. Son məlumata görə, yanğın nəticəsində 7 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb. Hazırda yanğının lokallaşdırılması barədə məlumat verilir.
Müəllimin şübhəsi şagirdin zorlandığını ortaya çıxardı: hər gün qonşu qızı məktəbdən...
Türkiyənin Bolu vilayətində müəllimlərin şübhəsi zorlama faktını ortaya çıxarıb. 14 yaşlı şagird S.K. 2 ildir onu məktəbdən götürən qonşunun təcavüzünə məruz qaldığını deyib. Bolunun Dereceören kəndində yaşayan şagird S.K.-nı məktəbin çıxışında orta yaşlı bir adamın götürüb aparmağından şübhələnən müəllimlər vəziyyəti qızın ailəsinə xəbər veriblər.
Trampın strategiyası: “İsrail regional problemlərin səbəbkarı deyil”
Bu gün cihadçı terror təşkilatları və İrandan gələn təhdid İsrailin regional problemlərin səbəbkarı olmadığını dərk etməyə imkan yaradır. Bu məlumat ABŞ prezidenti Donald Trampın dünən ictimailəşdirdiyi Milli Təhlükəsizlik Strategiyasında öz əksini tapıb.
Tramp Rusiyada qarşısı alınan terakt haqda
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən kəşfiyyat məlumatlarının Rusiyaya verilməsi nəticəsində Sankt-Peterburqda terror aktının qarşısının alınması kəşfiyyat məlumatlarının mübadiləsinin düzgün nümunəsidir.
Evində tunel qazdı – Dəfinə axtarır
Türkiyənin Mardin vilayətinin Qızıltəpə qəsəbəsində bir evdə qarnizon komandanlığı istiqamətində qazılmış tunel aşkarlanıb. Şəhərin Təpəbaşı məhəlləsində yerləşən Kilsə prospektində A.Y adlı vətəndaşın evində aparılan axtarış zamanı tunelin yeri müəyyən edilib. Şübhəli qismində həbs edilən şəxs dəfinə axtarmaq məqsədi ilə tunel qazdığını bildirib və bununla da özünü müdafiə etməyə çalışıb.
Beynəlxalq terrorçular MBD ölkələrinə keçir: “MUXTAR CİHAD” - Moskvadan SOS
Suriya və İraqda məğlubiyyətə uğrayan beynəlxalq terrorçular başqa istiqamətlərə yönəlir və Yaxın Şərqin hüdudlarında yenidən qruplaşırlar. Bu haqda Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.
Filippində qasırğa 45 nəfəri və 10 milyon dolları "itirdi"
Filippində tüğyan etmiş qasırğa nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb. Məlumata görə, 45 nəfər itkin düşmüş hesab edilir. Son məlumata görə, hazırda 12 mindən çox ailə təxliyə mərkəzlərində yaşamaqda davam edir. Fəlakət zonasında itkin düşənlərin axtarışları aparılır.
Ukraynada sərnişin qatarları durdu - Qar yolları bağlayıb
Ukraynada güclü qar yağması ilə əlaqədar 30 sərnişin qatarının hərəkəti ləngiyir. Məlumata görə, qatarların ləngimə müddəti orta hesabla 25 dəqiqə təşkil edir.
Hande Erçel həyat yoldaşından boşanan müğənninin villasına köçdü
Hande Erçel sevgilisi Murad Dalkılıçın villasına köçüb. 2 illik həyat yoldaşı Merve Boluğurdan 4 ay əvvəl boşanan müğənni yeni sevgilisi Hande Erçelə iş təklif edib. Məlum olub ki, müğənni uzun müddətdir ki, çəkilişləri təxirə salınan filmdə Mərvə Boluğurla oynamalı olub. Cütlük boşandıqdan sonra Merve Boluğur layihədən imtina edib. Odur ki, Murad Dalkılıç baş rolda çəkildiyi filminin heyətinə Hande Erçeli də daxil edib.
Rusiya rublu dəyişir?
Rusiya Mərkəzi Bankı 2017-ci ildə pul əskinaslarını yeniləyib. Məlumata görə, bu il Rusiyada 200 və 2000 rubl dəyərində əskinaslar istehsal edilib. Bu əskinasların dekabr ayında kütləvi buraxılışı gözlənilir. Mərkəzi Bank 200 və 2000 rublluq əskinasları bu il oktyabrın 12-də təqdim etmişdi.
Göbək bağının basdırıldığı yer insanın taleyinə təsir edir? - Məşhur ilahiyyatçı AÇIQLADI - VİDEO
Bir tamaşaçının "Göbək bağının basdırıldığı yer insanın taleyinə təsi edirmi?" sualına cavab verən Nihat Hatipoğlu: "Bunlar batil inanclar. Quranda yeri yox" cavabını verib. Türkiyədə ATV ekranlarında yayımlanan proqramında izləyiciləri maraqlandıran suallara cavab verən məşhur ilahiyyatçı Nihat Hatipoğlu göbək bağı ilə bağlı suala cavabını aşağıdakı sözlərlə tamamlayıb: "Bunun həqiqətlə əlaqəsi yoxdur.
Nejat İşlər tanınmaz halda
Türkiyənin sevilən aktyoru Nejat İşləri görənlər tanımaqda çətinlik çəkiblər. Olaylar.az bildirir ki, uzun xəstəlikdən sonra Bodrumda yaşamağa qərar verən məşhur aktyor sevənləri ilə görüşüb. Uzun saş və saqqal saxlayan aktyor “Bir yazıçını oxu” adlı layihəsinə rəhbərlik edir.
Amerikanın ən varlı adamının adı AÇIQLANDI
"Forbes" jurnalı 2017-ci ilin ən varlı amerikalı məşhurunun adını açıqlayıb. Bu, sərvəti 5,5 milyard qiymətləndirilən rejissor Corc Lukasdır. İlk üçlüyə 3,6 milyard dollar sərvətə sahib olan rejissor Stiven Spilberq və teleaparıcı (2,8 milyard dollarlıq sərvətə malik) Opra Uinfri daxildir.
Məşhur müğənnidən ŞOK İDDİA: “Telman İsmayılovun qarşısında diz çöküb…”
Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılov daha bir qalmaqalla gündəmə gəlib. Belə ki, bu dəfə onun adı Rusiyanın tanınmış müğənnisi Avraam Russonun arvadı Morella ilə qalmaqallı boşanmasında hallanıb. Telefon danışığı zamanı Morella tanınmış ifaçıya "sən Telmansız, İosifsiz (prodüser İosif Priqojin) heç kimsən" deyir. Xanımın iddiasına görə, onlar əslən Suriyadan olan ərinin Moskvaya gəlməsinə və ulduz olmasına kömək ediblər.
Ərdoğan və Mey arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyob Ərdoğan və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub. Telefon danışı zamanı tərəflər iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.














