Ukraynada sərnişin qatarları durdu - Qar yolları bağlayıb
Ukraynada güclü qar yağması ilə əlaqədar 30 sərnişin qatarının hərəkəti ləngiyir. Məlumata görə, qatarların ləngimə müddəti orta hesabla 25 dəqiqə təşkil edir.
19 Dekabr 2017 12:57 DünyaUkraynada güclü qar yağması ilə əlaqədar 30 sərnişin qatarının hərəkəti ləngiyir. Məlumata görə, qatarların ləngimə müddəti orta hesabla 25 dəqiqə təşkil edir.
Qeyd olunur ki, Kiyev-İvano-Frankovsk və Xmelnitsiki-Moskva qatarları bir saatdan çox ləngiyib. Məlumata görə, Ukraynada güclü qar ölkənin cənub-qərb bölgəsində hərəkətə böyük təsir edib. Bundan başqa, Kiyev şəhər administrasiyası da ictimai nəqliyyatın hərəkətində problemlərin yarandığını bildirib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31