Tramp Rusiyada qarşısı alınan terakt haqda
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən kəşfiyyat məlumatlarının Rusiyaya verilməsi nəticəsində Sankt-Peterburqda terror aktının qarşısının alınması kəşfiyyat məlumatlarının mübadiləsinin düzgün nümunəsidir.
19 Dekabr 2017 13:45 DünyaMərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən kəşfiyyat məlumatlarının Rusiyaya verilməsi nəticəsində Sankt-Peterburqda terror aktının qarşısının alınması kəşfiyyat məlumatlarının mübadiləsinin düzgün nümunəsidir. Məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, bu terror aktı zamanı minlərlə insan həlak ola bilərdi: "Onlar terrorçuları hücumdan əvvəl saxlamağı və insanların ölümünün qarşısını alıblar və bu çox gözəldir".
Qeyd edək ki, dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin Trampla telefon danışığı zamanı terror aktlarının qarşısını almağa kömək edən məlumatların Rusiyaya verilməsinə görə ABŞ prezidentinə təşəkkürünü bildirib. Trend.az