Hande Erçel həyat yoldaşından boşanan müğənninin villasına köçdü
Hande Erçel sevgilisi Murad Dalkılıçın villasına köçüb. 2 illik həyat yoldaşı Merve Boluğurdan 4 ay əvvəl boşanan müğənni yeni sevgilisi Hande Erçelə iş təklif edib. Məlum olub ki, müğənni uzun müddətdir ki, çəkilişləri təxirə salınan filmdə Mərvə Boluğurla oynamalı olub. Cütlük boşandıqdan sonra Merve Boluğur layihədən imtina edib. Odur ki, Murad Dalkılıç baş rolda çəkildiyi filminin heyətinə Hande Erçeli də daxil edib.
19 Dekabr 2017 11:34 DünyaHande Erçel sevgilisi Murad Dalkılıçın villasına köçüb. 2 illik həyat yoldaşı Merve Boluğurdan 4 ay əvvəl boşanan müğənni yeni sevgilisi Hande Erçelə iş təklif edib. Məlum olub ki, müğənni uzun müddətdir ki, çəkilişləri təxirə salınan filmdə Mərvə Boluğurla oynamalı olub. Cütlük boşandıqdan sonra Merve Boluğur layihədən imtina edib. Odur ki, Murad Dalkılıç baş rolda çəkildiyi filminin heyətinə Hande Erçeli də daxil edib.
Star TV-dəki "Siyah İnci" serialında oynayan Hande Erçel Muradla baş rolu bölüşdüyü üçün çox həyəcanlı olduğunu söyləyib. İddialara görə, cütlük birlikdə yaşamağa qərar verib. Hande artıq sevgilisinin villasına yerləşib. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.