Evində tunel qazdı – Dəfinə axtarır

Türkiyənin Mardin vilayətinin Qızıltəpə  qəsəbəsində bir evdə qarnizon komandanlığı istiqamətində qazılmış tunel aşkarlanıb. Şəhərin Təpəbaşı məhəlləsində yerləşən Kilsə prospektində A.Y adlı vətəndaşın evində aparılan axtarış zamanı tunelin yeri müəyyən edilib. Şübhəli qismində həbs edilən şəxs dəfinə axtarmaq məqsədi ilə tunel qazdığını bildirib və bununla da  özünü müdafiə etməyə çalışıb.

Hadisə ilə əlaqədar A.Y ilə bərabər bir neçə şəxs həbs edilib.

Qeyd edək ki, son günlər cinayətkar təşkilatlar evlərdən qazılan tunelə partlayıcı qurğu yerləşdirərək terror aksiyası törədirlər.

Xəbəri Olaylar.az -ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31