Dünya

Pensiya islahatı əleyhinə etirazlar – 162 nəfər yaralanıb

19 Dekabr 2017 17:46

Argentinanın paytaxtı Buenos-Ayresdə etirazçıların qarşıdan gələn pensiya islahatları səbəbindən polislərlə toqquşması nəticəsində 162 nəfər xəsarət çəkib. Xəsarət çəkənlərin 80-dən çoxu hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Bununla yanaşı, polis 81 nəfər etirazçını həbs edib. 

İspaniyaya gəmi gəlib - İçində 1 ton kokain...

19 Dekabr 2017 17:43

İspaniyanın Valensiya şəhərində polis gəmilərin birində 1,1 ton kokain aşkar edib. Məlumata görə, polis narkotik vasitələrin yoxlama zamanı iki konteynerdə tapıldığını qeyd edib. Polis həmin gəminin ABŞ-ın Kaliforniya ştatından gəldiyini bildirib.

"ABŞ MDB ölkələrinin milli idarəetmə sistemlərini sökmək kursu götürüb" - Narışkin

19 Dekabr 2017 16:17

"ABŞ və onun "sözəbaxan müttəfiqləri" Ukraynanın demokratikləşdirilməsinin uğursuzluğundan sonra MDB ölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər".

Ukraynada qondarma "erməni soyqırımı" abidəsinin qoyulması azərbaycanlıların etirazına səbəb olub

19 Dekabr 2017 16:13

Ukraynanın Xerson şəhərində qondarma "erməni soyqırımı" abidə qoyulması eyni adlı vilayətdə yaşayan azərbaycanlıların və digər türkdilli xalqların etirazına səbəb olub. Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əli Kərimov bununla bağlı vilayətdə yaşayan azərbaycanlılar adından şəhər merinə və vilayət qubernatoruna etiraz məktubu ünvanlayıb.

Kremldən sərt açıqlama: ABŞ-ın yeni strategiyası...

19 Dekabr 2017 15:56

ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası imperiya xarakteri daşıyır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Bu strategiya göstərir ki, ABŞ-ın birqütblü dünya fikrindən daşınmaq niyyəti yoxdur.

Kral Salmanın sarayına raket atıldı - SON DƏQİQƏ

19 Dekabr 2017 15:55

Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda partlayış baş verib. Bu barədə “Routers” xəbər agentliyi hadisə şahidlərinin ifadəsinə əsasən məlumat yayıb. Şahidlər şəhərdə şiddətli partlayış səsləri eşidildiyi və duman qalxdığını deyib. Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya isə paytaxtın cənubunda bir ballistik raketin qarşısının alındığını bildirib.

Rusiyada Parlamentin vitse-spikeri saxlanılıb

19 Dekabr 2017 15:46

Rusiyanın Nijeqorod vilayətinin Qanunvericilik Məclisi sədrinin müavini Oleq Sorokin saxlanılıb. Məlumata görə, vitse-spikerin saxlanılmasından sonra yaşadığı ünvanda axtarışlar aparılması barədə vilayətin Dövlət Dumasındakı deputatı Aleksandr Kurdyumov xəbər verib.

Adriana Lima həyatını dəyişir

19 Dekabr 2017 15:17

Məşhur braziliyalı model Adriana Lima artıq həyatını dəyişdirməyi qərara alıb. Olaylar.az bildirir ki, bu haqda model rəsmi instagram hesabında məlumat verib. O, bildirib ki, artıq hər layihə üçün soyunmayacağını açıqlayıb.  Model “Kimsənin sənin həqiqətlərini görməyə icazə vermə” yazısını paylaşıb.

Moskvada qocalar evində YANĞIN: xəsarət alan var

19 Dekabr 2017 15:16

Moskvada qocalar evində yanğın baş verib. Bu barədə şəhər meri Sergey Sobyanin xəbər verib. Məlumata gröə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

19 Dekabr 2017 15:10

Rusiyanın Nenets Muxtar Dairəsinin Naryan-Mar şəhərhava limanında təyyarənin sərt eniş etməsi səbəbindən 4 nəfər ölüb. 

Ermənistanda tələbələrin etirazı davam edir

19 Dekabr 2017 15:04

Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı etiraz aksiyaları davam edir.  Tələbələr Yerevan Dövlət Universitetində aclıq aksiyasına başlayıblar. “Biz bununla hərbi xidmətdən möhlət hüququnun ləğvinə ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qarşı mübazirəni davam etdiririk”, - deyə “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan bildirib.

Pentaqon ələ keçirilən UNO-nun videosunu yayıb

19 Dekabr 2017 14:54

ABŞ Müdafiə Nazirliyi silahlı qüvvələrin pilotlarının izinə düşdükləri naməlum uçan obyektin videosunu yayıb. Görüntülərdə 2014-cü ildə ABŞ-ın iki qırıcı təyyarəsinin San-Diyeqo sahillərində keçirdiyi əməliyyat əks olunub. Video-çarxda görüntülənən UNO-nun yerdən 24 kilometr yüksəklikdə uçduğu qeyd edilir. 

2017-ci ildə dünyada 65 jurnalist öldürülüb

19 Dekabr 2017 14:49

2017-ci ildə dünyada 65 jurnalist öldürülüb. Bu barədə beynəlxalq təşkilatların hesabatında qeyd olunub. Məlumata görə, il ərzində 26 jurnaslit öz peşə fəaliyyətini yerinə yetirərkən dünyasını dəyişib. Hesabata əsasən, jurnalistlər üçün ən təhlükəli ölkələr Suriya və Meksika hesab olunur. Hansı ki, orada il ərzində 11-12 jurnalist həyatını itirib. İraq və Əfqanıstan isə media üçün ən təhlükəli ölkələrin sırasında üçüncü və dördüncü yerdəı dayanır. Orada il ərzində 8-9 media işçisi həyatını itirib.

ABŞ-Rusiya yaxınlaşması

19 Dekabr 2017 14:24

Son illər Birləşmiş Ştatlarla Rusiya Federasiyası arasında müşahidə edilən gərginlik, ikitərəfli münasibətlərdəki sərinlik indiki halda nə Vaşinqton, nə də Moskva üçün arzuedilən olmadığından deyəsən dünyanın əsas iki güc mərkəzləri artıq qarşılıqlı münasibətlərə yenidən nəzər salmaq və aralarında olan bəzi problemləri həll etmək niyyətindədirlər.  Əslində Vaşinqton-Moskva münasibətlərinin istiləşəcəyinə dair ehtimallar hələ Donald Trampın Ağ Evə rəhbərlik etdiyi ilk gündən səslənirdi.

Masonlar haqda nə bilirik?

19 Dekabr 2017 14:19

Masonlar... Bu gün bu sözə tez-tez rast gəlinir. Masonları hər şeydə - SSRI-nin dağılmasında, iqtisadiyyatın çökməsində, insanların müflisləşməsində günahlandırırlar. Ancaq ciddi araşdırmaya başlayanda bütün bu baş verənlərdə "mason fitnələrini" görmək mümkün deyil. Bəs bu masonlar kimdir? Onlar hardan peyda olub, nə işlə məşğul olur və məqsədləri nədir? Nəyə görə masonlar bu qədər dedi-qoduya səbəb olur? Bütün fantastik ittihamlara baxmayaraq masonlar arasında bir çox tanınmış şəxslərin adları çəkilir.