İspaniyaya gəmi gəlib - İçində 1 ton kokain...
İspaniyanın Valensiya şəhərində polis gəmilərin birində 1,1 ton kokain aşkar edib. Məlumata görə, polis narkotik vasitələrin yoxlama zamanı iki konteynerdə tapıldığını qeyd edib. Polis həmin gəminin ABŞ-ın Kaliforniya ştatından gəldiyini bildirib.
19 Dekabr 2017 17:43 Dünyaİspaniyanın Valensiya şəhərində polis gəmilərin birində 1,1 ton kokain aşkar edib. Məlumata görə, polis narkotik vasitələrin yoxlama zamanı iki konteynerdə tapıldığını qeyd edib. Polis həmin gəminin ABŞ-ın Kaliforniya ştatından gəldiyini bildirib.
Qeyd olunur ki, bu, İspaniya polisinin son bir ay ərzində aşkar etdiyi dördüncü iri həcmdə narkotik vasitədir. Ümumilikdə 2017-ci il ərzində İspaniyada 30 tondan çox kokain, 20 tona yaxın marixuana və 440 kiloqram heroin aşkarlandığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31