ABŞ-Rusiya yaxınlaşması

Son illər Birləşmiş Ştatlarla Rusiya Federasiyası arasında müşahidə edilən gərginlik, ikitərəfli münasibətlərdəki sərinlik indiki halda nə Vaşinqton, nə də Moskva üçün arzuedilən olmadığından deyəsən dünyanın əsas iki güc mərkəzləri artıq qarşılıqlı münasibətlərə yenidən nəzər salmaq və aralarında olan bəzi problemləri həll etmək niyyətindədirlər.  Əslində Vaşinqton-Moskva münasibətlərinin istiləşəcəyinə dair ehtimallar hələ Donald Trampın Ağ Evə rəhbərlik etdiyi ilk gündən səslənirdi.

Vaşinqtonla Moskva arasında buzlar əriyir

Son illər Birləşmiş Ştatlarla Rusiya Federasiyası arasında müşahidə edilən gərginlik, ikitərəfli münasibətlərdəki sərinlik indiki halda nə Vaşinqton, nə də Moskva üçün arzuedilən olmadığından deyəsən dünyanın əsas iki güc mərkəzləri artıq qarşılıqlı münasibətlərə yenidən nəzər salmaq və aralarında olan bəzi problemləri həll etmək niyyətindədirlər.  Əslində Vaşinqton-Moskva münasibətlərinin istiləşəcəyinə dair ehtimallar hələ Donald Trampın Ağ Evə rəhbərlik etdiyi ilk gündən səslənirdi. Elə Birləşmiş Ştatlar prezidenti Ağ Ev rəhbəri kimi ilk çıxışında belə bir ehtimalın səslənməsi üçün zəmin yaratmışdı. Tramp bildirmişdi ki, sələfi Obamadan fərqli olaraq Birləşmiş Ştatların xarici siyaasət kursuna yenidən nəzər salacaq və Rusiya ilə mümkün qədər münasibətləri normallaşdırmağa çalışacaq. Düzdür, ötən müddət ərzində cərəyan edən proseslər Donald Trampın dedikləri ilə daban-dabana zidd olsa da, lakin bu günlərdə Ağ Ev və Kreml rəhbərlərinin baş tutan telefon danışığı suların nisbətən duralmağa doğru getdiyini söyləməyə əsas verir.  Belə ki, Donald Trampla Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı Birləşmiş Ştatlar və Rusiya prezidentləri Sankt-Peterburqda keçirilmiş antiterror əməliyyatında birgə əməkdaşlıqdan məmnun qaldıqlarını ifadə ediblər. Ancaq elə bu ərəfədə Birləşmiş Ştatlar prezidenti Donald Trampın təqdim etdiyi Milli Təhlükəsizlik Strategiyasında Rusiyanın nüvə silahının Amerika üçün "ən böyük təhdid" adlandırılması,  Rusiya və Çinin Birləşmiş Ştatların maraqlarına və nüfuzuna meydan oxuyan dövlət kimi xarakterizə edilməsi bir sıra qeyri-müəyyən məqamlardan xəbər verir.  Və haqlı olaraq ortaya belə bir sual çıxır ki, Birləşmiş Ştatlar bir tərəfdən Rusiyanı özü üçün təhdid hesab etdiyi halda, digər tərəfdən hansı səbəbdən Kremllə yaxınlaşmağa üstünlük verir? Məsələ ilə bağlı İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay fikirlərini bölüşüb.  O, bildirib ki, bundan əvvəl, dekabrın 16-da isə Amerika (MKI) Mərkəzi Kəşfiyyat Idarəsinin Rusiya tərəfinə øtūrdūyū məlumat əsasında Kazan kilsəsində planlaşdırılmış ĪŞID partlayış terrorunun qarşısı alınıb. 7 nəfər həbs edilib, xeyli silah sursat, partlayıcı maddə götūrūlūb: "Mənim təhqiqimə gørə bu Moskva və Vaşinqton arasında dūşūnūlmūş oyundur. Əvvəla IŞID-in nə canı qalıb getsin Rusiya kimi nəzarət və təhlūkəsizlik altında olan Sankt-Peterburqda terror törərsin. Törədə bilirdisə topdagıtmaz gūclū əli uzun vaxtında bunu niyə etmədi rusa qarşı? Ikincisi IŞID uşaqdımı ki, belə bir çətin uzaq yerdə törədəcək terroru o dərəcədə zəif konspirativ formada planlasın ki; bundan Birləşmiş Ştatlar kimi uzaq ölkə, okeanın o tayından xəbər tutsun. Birləşmiş Ştatlar heç øzūndəki terroru zərərsizləşdirə bilirmi. Nəhayət, ABŞ bunu əgər bilibsə də niyə rəqib-dūşmən Rusiyaya bildirsin və onun nūfuzunu qorusun?  Bəs nə ola bilər bu qurama oyuna səbəb? ABŞ və Rusiya arasındakı kəskin dönūşlū mūnasibət istiləşməsi. Və bu dönūşə səbəb kimi belə bir "birgə təhĺūkəsizlik" addımının göstərilməsi. Rusiya və Amerika cəmiyyəti, dovlət və ictimai qurumlar, hərbi və s. son anadək bir-birinə qarşı dūşmən əhvalı ilə hazırlanır. Və birdən-birə Avropanı, MDB-ni də kənara qoyub yaxınlaşmaya gedirlər. Bunu nə ilə isə əsaslandırmalıdırmı, iki super dövlət øz xalqları, mūttəfiqləri, beynəlxalq aləm qarşısında? Bu artıq, ABŞ-Rusiya, yəni ki, Tramp-Putin böyūk əməkdaşlıgınin başlanģıcı olunca, nə qədər cox dővlətlər və təşkilatlar oyundan kənar, hətta zərbə altında qala bilir. Niyə? Çūnki bir xeyli dövlət və təşkilatlar öz siyasət, iş-mənfəətlərini, bu iki super dövlətin qarşıdurma-savaşı ūzərində qurublar. Və birdən birə həmin iki dövlətin belə cəld yaxınlaşması müşahidə edilir. Məsələn, uzağa getməyib Tūrkiyəni götūrək. Necə vaxtdır ki, Ərdogan Amerikanı, Trampı söyub, Putinə yaxınlaşır. Būtūn Yaxın Şərq proyektində NATO ūzrə muttəfiqi ABŞ-a ūz çevirib Rusiyanı dəstəklədi. Rusiyanı bu regionda yerdən göyə qaldırdı, ona imkanlar açdı. Və daha da qabağa gedib Qūds məsələsində Israil, ABŞ-a qarşı çıxişlar etdi, islam ölkələrini yığıb onlara qarşı qoydu. Və nəticə, Putinin sözçüsü Peskov bəyan etdi ki, Rusiya Ərdoganın Qūdsū Fələstinin paytaxti kimi tanıma ideyasını dəstəkləmir. Onların bu işə öz baxışları var. Vəssalam".

Bəs niyə belə kəskin ABŞ-Rusiya istiləşməsi başlanır? İlqar Altay deyir ki, cərəyan edən proseslər kifayət qədər maraqlıdır:  "Çūnki, Ukrayna kampaniyasında tələyə dūşmūş, Birləşmiş Ştatlar və Avropanın sanksiyaları altında çabalayan Rusiya vəziyyətdən çıxdı, ūstəlik də, ABŞ-a rəqib kimi. Necə? Putin gördū ki, Ukrayna bataqlıgında çabalayır, artıq būtūn dūnya və hətta MDB muttəfuqləri də onu saymır. Və bir şahmat-at gedişi etdi. Özūnū vurdu Suriyaya. Ərdoganın misilsiz dəstəyi və yaratdığı şərait hesabına ABŞ və 57 dövlətin koalisiya qūvvələrinin Suriyadakı kampaniyasının qabağını kəsdi. Liviyadan bəri gələn "ərəb baharı" cevrilişlərinin Suriyada Bəşər Əsəd ūzərində başa çatmasına mane oldu. İran və Tūrkiyə ilə 3-lūk yaradıb Iraqı, Qətəri təsir altına alıb o zonada hökmranlıq etməyə başladı. Ərəb birliyinin əlindən Qətər və Yəməni cıxartdı. Livan və İordaniyanî əlinə yığdı.  Nəticədə Birləşmiş Ştatlar burada tam oyundankənar vəziyyətə duşūb faktiki kampaniyanı uduzdu. Və bu tərəfdən də Trampın Qūdsi Israilin paytaxtı kimi tanıma biabircı səhvi. Putin bununla baglı Ərdoganı və Iranı qabağa verib butun regionu Birləşmiş Ştatların ūstūnə qaldırdı. Donald Tramp bərk uduzurdu. Və Amerika cəmiyyətində onun impicment məsələsi gundəmə gəldi. Çıxış yolu Vladimir Putinlə təcili danışıqlar, gūzəştlər, razılaşmalar və barışıq oldu. Beləliklə, Vladimir Putin öz agılı və faktiki Ərdoganın köməyi ilə Barak Obama vaxtından dūşdūyū bu oyundan böyūk ugurla çıxdı. Bu məsələdə isə ən çətin vəziyyətdə qalan Ərdogan olması gözlənilə bilir. Putin demək olar ki, Türkiyə prezidentini aldatdı".  İlqar Altay bütün halda Birləşmiş Ştatlar Rusiya yaxınlaşmasının geosiyasi proseslərə, regional münaqişələrin həllinə xeyirli olacağı qənaətindədir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31