Dünya
"Çelsi"nin baş məşqçisi ÜSYAN ETDİ
İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Antonio Konte media nümayəndələrinə üsyan edib. O, haqqında çıxan istefa iddialarının yalan olduğunu və bu xəbərlərin komandasına təsir etdiyini bildirib: “Hər gün komandadakı gələcəyimlə bağlı fərziyyələr irəli sürülür. Bu xəbərlər doğru deyil. İki mövsümdür etdiklərimin qarşılığında bir az hörmət görmək haqqımdır. Hər gün mətbuatda “klub gələn mövsüm üçün bu və ya o məşqçi ilə görüşür” xəbərlərini oxumaq mənim üçün problem olmasa da, futbolçularıma mənfi təsir göstərir. Müqavilə üzrə daha bir ilimi burada keçirəcəm. Diqqətimi tamamilə klubu və futbolçuları inkişaf etdirməyə yönəltmişəm”.
Fransa XİN-də iki pişiyi “işə götürdülər”
Ağ Ev Şimali Koreya ilə danışıqları dəstəkləyir
“Ağ Ev Şimali Koreya ilə diplomatik danışıqların aparılmasını dəstəkləyir. Vaşinqton Pxenyanın danışıqların aparılmasına hazır olmasını gözləməkdədir”. Bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib. “Ağ Ev diplomatik danışıqlardan imtina etmir. Prezident və Ağ Evin mövqeyi Şimali Koreyaya qarşı təzyiq kampaniyası aparmaqdır. Ağ Evin mövqeyi aydındır: Ağ Ev diplomatik danışıqları dəstəkləyir. Lakin biz Şimali Koreyanın belə bir nəticəyə gəlməsini gözləyirik. O vaxtadək isə təzyiq gücləndiriləcək”, – deyə dövlət katibi qeyd edib.
Pentaqonun gizli UNO proqramının ƏN QƏRİBƏ KƏŞFLƏRİ
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Uçan Naməlum Obyektlərin araşdırılması üçün 2007-ci ildə tərtib etdiyi gizli bir proqramın hələ də davam etdirildiyi ortaya çıxıb. Proqram çərçivəsində hərəkət edən ABŞ ordusu olduqca sürətli naməlum obyektlərə rast gəlib. 2012-ci ildə başa çatdığı bildirilsə də, proqramın hələ də davam etdiyi iddia edilir. 22 milyon dollar büdcəsi olan proqram çərçivəsində əldə edilən bilgilər isə sirr olaraq saxlanılır. Yalnız gizliliyi ləğv edilən bəzi sənədlər “Nyuzvik” dərgisində çap edilir. Bu bilgilərdən bəzilərini təqdim edirik.
Binada partlayış – 60 nəfər təxliyyə edilib
Quş böyük dövlətləri birləşdirdi
Bir sıra Asiya ölkələri dünyada ən ağırçəkili uçan quş hesab edilən, nəsli tükənməkdə olan dovdaq quşunun mühafizəsi üçün səylərini birləşdirmək qərarına gəlib. Bu barədə qərar Miqrasiya edən quşlar barədə Konvensiyanın üzvlərinin konfransında qəbul edilib.
Hüquqşünas DÜNYA GÖZƏLİ seçildi
Fransada “Miss France 2018” gözəllik müsabiqəsinin 88-ci buraxılışı keçirilib. Şatoru şəhərində keçirilən müsabiqədə 30 gözəl yarışıb. Yarışmanın qalibi isə Fransanın şimal bölgəsini təmsil edən “Nord Pas-de-Calais” gözəli Maeva Kouçke olub.
Yeşilçam" ulduzu dünyasını dəyişdi
“Yeşilçam”ın tanınmış aktyoru Günay Güner dünyasını dəyişib. Aktyorun ölüm xəbərini sosial şəbəkədə Onur Akay verib.
“5G” texnologiyası “ağıllı” istehsalda tətbiq ediləcək
Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı “ağıllı” istehsalda beşinci nəsil mobil rabitə texnologiyasından (5G) istifadə üzrə ssenarilərin həyata keçirilməsi üçün “Wireless Connected Factory Special Interest Group” adlı tədqiqat qrupu yaradıb.
Belçika 171 ildən sonra teleqrafdan imtina edir
1846-cı ildə Belçikada ilk teleqram göndərilib. Mesaj Brüssel-Antverpen dəmir yolu boyunca çəkilmiş xətt vasitəsilə göndərilib. 171-ci il sonra ölkə teleqrafdan tamamilə imtina edəcək: son mesajlar 29 dekabr tarixində göndəriləcək və bundan sonra sistem öz işini dayandıracaq.
Ən köhnə messencerlərdən biri öz fəaliyyətini dayandırıb
Ən köhnə messencerlərdən biri öz fəaliyyətini dayandırıb. Söhbət “AOL Instant Messenger” (“AIM”) xidmətindən gedir. Sözügedən messencer 15 dekabr tarixində rəsmi bağlanıb.
Növbəti “Sony” smartfonu “Snapdragon 845” prosessoru ilə təchiz ediləcək
Növbəti qabaqcıl “Sony” smartfonu qoşa kamera və smartfonlar bazarında ən güclü olmaqla “Kirin 970” çipini geridə qoyacaq “Qualcomm Snapdragon 845” prosessoru ilə təchiz olunacaq.
Muradı sildi, Kərəmlə dostluğa başladı
Keçmiş tərəf-müqabili Murad Bozu İnstaqram hesabından silən aktyor Burak Özçivit “Can fəda” filminin çəkilişindən sonra dostluq etdiyi Kərəm Bürsini izləməyə başlayıb. Murad Burakla küsülü olduqlarını boynuna almasa da, Özçivitin bu addımı iddiaları daha da qüvvətləndirib.
Türkiyəli aktyor: "Keçmiş əri arvadıma təcavüz edib"
“Hababam sınfı” filminin Hayta İsmayılı – 63 yaşlı Ahmet Arımanın 23 yaşlı Kader Kaynakla evlənməsi gündəmdən düşmür. Kaderin keçmiş əri Tarık Aydının “Ahmet Arıman arvadımı əlimdən aldı” iddialarına aktyorun cavabı gecikməyib.
Uzaq Şərqlə bağlı PROQNOZ - Zəlzələ dağıdacaq
Yaponiyada zəlzələlərin tədqiqi ilə məşğul olan komissiya Hokkaydo adasından şimalda, eləcə də Kuril adaları yaxınlığında 8,8 bal gücündə zəlzələ ola biləcəyini proqnozlaşdırıb. Məlumata görə, araşdırmalara əsasən həmin bölgədə 40 faiz ehtimalla yaxın 30 il ərzində güclü zəlzələ ola bilər. Bundan əlavə, 7,7 bal gücündə zəlzələnin olması ehtimalı 70 faiz təşkil edir.














