Uzaq Şərqlə bağlı PROQNOZ - Zəlzələ dağıdacaq

Yaponiyada zəlzələlərin tədqiqi ilə məşğul olan komissiya Hokkaydo adasından şimalda, eləcə də Kuril adaları yaxınlığında 8,8 bal gücündə zəlzələ ola biləcəyini proqnozlaşdırıb. Məlumata görə, araşdırmalara əsasən həmin bölgədə 40 faiz ehtimalla yaxın 30 il ərzində güclü zəlzələ ola bilər. Bundan əlavə, 7,7 bal gücündə zəlzələnin olması ehtimalı 70 faiz təşkil edir.

Qeyd edək ki, Kuril-Kamçatka çökəkliyində 1978-ci ildə 7,2 bal, 1993-cü ildə 7,5 bal gücündə zəlzələ baş verib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31