Dünya

Səudiyyə Ərəbistanı toyu vaya döndərdi: 10 nəfər öldü, gəlin yaralandı - VİDEO 

20 Dekabr 2017 12:05

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın gerçəkləşdirdiyi hava zərbələri nəticəsində Yəməndə 10 qadın və 2 azyaşlı qız həlak olublar. Faciə Yəmənin paytaxtı Sənadan şərqdəki Mərib vilayətində yaşanıb. Səudiyyə Ərəbistanının 2 qırıcı-bombardmançı təyyarəsi toy karvanını raket atəşinə tutub. Yaralılar arasında gəlin də var.

İran nə istəyir: Bakı ilə qazanc, yoxsa İrəvanla fiasko?

20 Dekabr 2017 11:58

Yaxın Şərqdə hərbi-siyasi, eyni zamanda geosiyasi üstünlük qazanmaq istəyən İran şimalda daha çox iqtisadi-ticarət layihələri ilə öz təsirini artırmağa çalışır və Ermənistan burada Rusiyanın siyasi forpostu olduğu kimi, İranın da iqtisadi-ticarət forpostuna çevrilməkdədir.

Saakaşvilinin Poroşenkoya məktubu - Sensasiyalı mətn

20 Dekabr 2017 11:55

Mixail Saakaşvili Ukrayna Prezidenti Pyotr Poroşenkoya yazdığı yeni açıq məktubun mətnini ictimaiyyətə təqdim edib. O, məktubun mətnini öz Feysbuk səhifəsində yerləşdirib. “Son günlərin hadisələri məni məcbur edir ki, sizə açıq məktub yazım. Bizim münasibətlərimiz dostluqla başladı. Lakin bu gün elə bir vəziyyət yaranıb ki, biz sizinlə barrikadanın fərqli tərəflərindəyik. Təkcə siyasi yox, deyərdim ki, hətta dünyagörüş baxımından da fərqli yerlərdəyik. Anlayıram ki, bu məktubun bizim münasibətlərimizdə nəsə dəyişdirə biləcəyi çox çətindir.

5,2 bal gücündə zəlzələ

20 Dekabr 2017 11:43

Çində 5,2 bal gücündə zəlzələ baş verib. Olaylar.az bildirir ki, yeraltı təkanın episentri ölkənin cənubunda Tibet bölgəsində, yerin 26 km dərinliyində qeydə alınıb.

Avropa üçün bomba XƏBƏRDARLIĞI - Müsəlmanlar “köhnə qitə”ni ƏLƏ KEÇİRƏCƏK

20 Dekabr 2017 11:41

“Miqrasiya böhranı Avropa İttifaqı üçün gec açılan, həm də kifayət qədər qısa bikford ipi ilə açılan bombadır”. Bu xəbərdarlıqla Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəsi Vladimir Çijov çıxış edib. “Bu bombanı Avropa İttifaqının özü hazırladı”, - diplomat deyib.

Adriana Lima Metin Haranı nədən sildi?

20 Dekabr 2017 11:35

Yahudi əsilli, türk vətəndaşı Metin Hara ilə eşq yaşayan Adriana Lima bir zamanlar sosial şəbəkədən onları izləyən hər kəsə “Sizdən xahiş edirəm ki, xoşbəxt və sevgili olduğumuzu qəbul edəsiniz” sözlərini yazmışdı.

Səudiyyə Ərəbistanı Qətərlə sərhəd qapısını bağladı

20 Dekabr 2017 11:28

Səudiyyə Ərəbistanı hökuməti Qətərlə bağlı yeni addım atıb. Səudiyyə Qətərlə arasında olan yeganə sərhəd qapısı "Selva sərhəd qapısı"nı bağlayıb. Xəbəri Səudiyyənin gömrük idarəsi paylaşıb.

Ermənistan Krımın işğalını dəstəklədi, Azərbaycan isə... – QƏTNAMƏ LAYİHƏSİ

20 Dekabr 2017 11:08

BMT Baş Assambleyasının sessiyasında “Ukraynanın Kırm Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət” haqqında qətnamə qəbul edilib.

​​​​​​​Hollivud ulduzunun türkiyəli iş adamları ilə birgə biznes fəaliyyəti

20 Dekabr 2017 10:07

​​​​​​​ Hollivud ulduzu Jan-Klod Van Damm türkiyəli iş adamları ilə birgə JCVD Fitness & Health adlı idman və sağlamlıq mərkəzi açacaq. Mərkəzin Türkiyədə 30, dünyada isə 100 filialı olacaq. Olaylar.az bildirir ki, idman və sağlamlıq mərkəzi ilk olaraq Tükiyənin İzmit şəhərində açılacaq. Türk iş adamları ilə birgə ortaq biznes qurmaqdan məmnun olan Jan- Klod Van Damm hər zaman belə bir idman mərkəzinin olmasını arzu etdiyini və bu cür beynəlxalq mərkəzə şərik olduğundan məmnunluq duyduğunu açıqlayıb.

BMT hansı ölkəni “işğalçı ölkə” adlandırdı?

20 Dekabr 2017 09:16

BMT-nin Baş Assambleyası Rusiyanın Krımda insan hüquqlarının pozması, eləcə də qeyri-qanuni yolla RF qanunları və idarəetməsinin tətbiq olunmasını qınayan qətnaməni qəbul edib. Bu barədə çərşənbə axşamı, dekabrın 19-da, TASS nəşri yazır.

Turist avtobusu qəzaya düşdü

20 Dekabr 2017 09:13

Meksikada turist avtobusu qəzaya düşüb. Hadisə nəticəsində 11 nəfər ölüb. Qəza Kintana-Roo ştatında baş verib. Çakkoben arxeoloji zonasına gedən avtobusda 31 turist olub. Ölənlər arasında Kanada, İtaliya və Meksika vətəndaşları var.

Rusiya sərhədlərini bağlayır - GÖZLƏNİLMƏZ QƏRAR

20 Dekabr 2017 09:10

Rusiya tezliklə öz sərhədlərini məhkəmədən kənar qaydada hesabları dondurulmuş şəxslərin üzünə bağlayacaq. Cinayət yolu ilə əldə olunmuş gəlirlərin qanuniləşdirilməsi və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə idarələrarası komissiyanın iclasında məlumat olub.

Dünyanın ən bahalı evinin sahibi bəlli oldu - SƏN DEMƏ... - VİDEO

20 Dekabr 2017 06:41

Ölkəsində başlatdığı sui-istifadə istintaqı ilə dünyanın gündəminə oturan vəliəhd şahzadə Məhəmməd İbn Salmanın Fransada 300 milyon dollarlıq malikanəsi olduğu iddia edilib. Dünyanın ən bahalı evi statusuna sahib olan malikanə Kral 14-cü Luizin qəsridir.