Fransa XİN-də iki pişiyi “işə götürdülər”
20 Dekabr 2017 06:23 DünyaFransada Xarici İşlər və Daxili İşlər nazirliklərinin binalarında siçovullar peyda olub.
Bu barədə "France Info" xəbər yayıb.
Telekanalın məlumatına görə, daxili işlər naziri Jaklin Quronun və hökumətin rəsmi nümayəndəsi Kristof Kastanerin kabinetində siçovullar tüğyan edir.
Fransa XİN-də siçovullarla mübarizə üçün iki - Nomi və Noe adlı pişikləri "işə qəbul ediblər".("Report")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31