Binada partlayış – 60 nəfər təxliyyə edilib

Rusiyanın Stavropol şəhərində yaşayış binasında partlayış olub. Bu barədə şəhər rəhbəri Andrey Catoyev bildirib.

Məlumata əsasən, partlayış baş verən zaman binada 65 nəfər sakin olub. Onların hamısı təxliyyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İnsidentin binaya yeni köçən şəxsin apardığı təmir işləri nəticəsində baş verdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31