"ABŞ MDB ölkələrinin milli idarəetmə sistemlərini sökmək kursu götürüb" - Narışkin

"ABŞ və onun "sözəbaxan müttəfiqləri" Ukraynanın demokratikləşdirilməsinin uğursuzluğundan sonra MDB ölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər".

"ABŞ və onun "sözəbaxan müttəfiqləri" Ukraynanın demokratikləşdirilməsinin uğursuzluğundan sonra MDB ölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər". Bunu Rusiya paytaxtında keçirilən MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları Şurasının iclasında çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin bildirib. 

O, MDB ölkələrinin siyasi rəqiblərinin tam gücü ilə Birlik ölkələri arasında əməkdaşlığın inkişafına maneə olduqlarını söyləyib: "Biz, bu gün bloklararası qarşıdurmanın daha çox odioz formasının şahidi oluruq. Siyasi rəqiblərimiz MDB ölkələri arasında işgüzar və ticarət əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçilməsinə və tranzit imkanlarının inkişafına mane olur". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31