Pentaqon ələ keçirilən UNO-nun videosunu yayıb
ABŞ Müdafiə Nazirliyi silahlı qüvvələrin pilotlarının izinə düşdükləri naməlum uçan obyektin videosunu yayıb. Görüntülərdə 2014-cü ildə ABŞ-ın iki qırıcı təyyarəsinin San-Diyeqo sahillərində keçirdiyi əməliyyat əks olunub. Video-çarxda görüntülənən UNO-nun yerdən 24 kilometr yüksəklikdə uçduğu qeyd edilir.
19 Dekabr 2017 14:54 DünyaABŞ Müdafiə Nazirliyi silahlı qüvvələrin pilotlarının izinə düşdükləri naməlum uçan obyektin videosunu yayıb. Görüntülərdə 2014-cü ildə ABŞ-ın iki qırıcı təyyarəsinin San-Diyeqo sahillərində keçirdiyi əməliyyat əks olunub. Video-çarxda görüntülənən UNO-nun yerdən 24 kilometr yüksəklikdə uçduğu qeyd edilir.
Həmin gün havada adi təlim missiyası yerinə yetirən komandir Devid Frevor bildirib ki, həmin uçan aparat istənilən təyyarədən çox sürətlə hərəkət edirdi. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir.