Pensiya islahatı əleyhinə etirazlar – 162 nəfər yaralanıb
Argentinanın paytaxtı Buenos-Ayresdə etirazçıların qarşıdan gələn pensiya islahatları səbəbindən polislərlə toqquşması nəticəsində 162 nəfər xəsarət çəkib. Xəsarət çəkənlərin 80-dən çoxu hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Bununla yanaşı, polis 81 nəfər etirazçını həbs edib.
19 Dekabr 2017 17:46 DünyaArgentinanın paytaxtı Buenos-Ayresdə etirazçıların qarşıdan gələn pensiya islahatları səbəbindən polislərlə toqquşması nəticəsində 162 nəfər xəsarət çəkib. Xəsarət çəkənlərin 80-dən çoxu hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Bununla yanaşı, polis 81 nəfər etirazçını həbs edib.
Nümayişçilər polisə daş və tüstü bombaları atıblar. Polislər isə cavab olaraq nümayişçilərə qarşı göz yaşardıcı qazdan və rezin güllədən istifadə ediblər.
Qeyd edək ki, Argentinan ilk radikal olmayan prezidenti Mauriko Makrinin başçılıq etdiyi hökumət dövlət xərclərini azaltmaq üçün pensiya islahatı keçirtməyi planlaşdırır.
Aktivistlər hesab edirlər ki, qanun layihəsinin qəbul edilməsi pensiya ödənişlərinin məbləğini azaldacaq. Hal-hazırda qanun layihəsi ölkənin Deputatlar Palatası Konqresində müzakirə olunur. Görünür aktivistlər istəklərinə nail ola biləcəklər. Azadinform "korrespondent.net" agentliyinə istinadən xəbər verir.