Müəllimin şübhəsi şagirdin zorlandığını ortaya çıxardı: hər gün qonşu qızı məktəbdən...

Türkiyənin Bolu vilayətində müəllimlərin şübhəsi zorlama faktını ortaya çıxarıb.  14 yaşlı şagird S.K. 2 ildir onu məktəbdən götürən qonşunun təcavüzünə məruz qaldığını deyib. Bolunun Dereceören kəndində yaşayan şagird S.K.-nı məktəbin çıxışında orta yaşlı bir adamın götürüb aparmağından şübhələnən müəllimlər vəziyyəti qızın ailəsinə xəbər veriblər. 

Türkiyənin Bolu vilayətində müəllimlərin şübhəsi zorlama faktını ortaya çıxarıb.  14 yaşlı şagird S.K. 2 ildir onu məktəbdən götürən qonşunun təcavüzünə məruz qaldığını deyib. Bolunun Dereceören kəndində yaşayan şagird S.K.-nı məktəbin çıxışında orta yaşlı bir adamın götürüb aparmağından şübhələnən müəllimlər vəziyyəti qızın ailəsinə xəbər veriblər. Ailəsi hər gün məktəbdən kim tərəfindən götürüldüyünü soruşduğunda S.K. qonşusu C.B. -nın adını verib. S.K. ailəsinə 2 ildir qonşuları olan 1 uşaq atası C.B. tərəfindən zorlandığını etiraf edib. Ailə dərhal olayla bağlı polisə xəbər verib.  S.K.-nı zorlamaqda iddia edilən qonşusu C.B. (40) həbs olunub. Milli.az Haberler-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31