Cənubi Koreyanın musiqi qrupunun lideri 27 yaşında intihar edib
Seulda Cənubi Koreyanın "SHINee" musiqi qrupunun 27 yaşlı vokalçısı Kim Yon Hyon intihar edib. İlkin məlumatlara əsasən, ölümə toksik qazlarla zəhərlənmə səbəb ola bilər.
18 Dekabr 2017 18:40 DünyaSeulda Cənubi Koreyanın "SHINee" musiqi qrupunun 27 yaşlı vokalçısı Kim Yon Hyon intihar edib. İlkin məlumatlara əsasən, ölümə toksik qazlarla zəhərlənmə səbəb ola bilər.
Musiqiçini Seulun cənub-şərqindəki kirayə qaldığı mənzildə huşsuz vəziyyətdə aşkar ediblər. Bundan saat yarım əvvəl Kimin bacısı xilasetmə xidmətinə zəng edərək qardaşının intihar etmək niyyətində olduğunu söyləyib. Xəstəxanadan Hyonun öldüyü təsdiqlənib.
Qeyd edək ki, "SHINee" K-pop janrında məşhur qrupdur. "Report"un Cənubi Koreyanın "Yonhap" informasiya agentliyinə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31