Dünya
Qafqazdan Osmanlıya göndərilən qullarla bağlı TARİXİ SƏNƏD TAPILDI
Rusiyalı elm adamları Krasnodar bölgəsinin dövlət arxivində Rusiyanın “Krım” adlı müharibə gəmisi tərəfindən 1810-cu ildə Gələncik sahillərində saxlanılan Türkiyə gəmisi ilə bağlı sənədlər tapıb.
ABŞ bombardmançılarını Quama yerləşdirdi - Təhlükə
ABŞ Hərbi Hava Qüvvələri B-2 Spirit strateji bombardmançılarını Quam adasındakı aviabazasına yerləşdirib. Bu barədə informasiyanı ABŞ-ın Sakit okean hərbi komandanlığı yayıb. Üç təyyarə ilə birgə ABŞ Quam adasında 200 hərbçi də göndərilib.
Rusiya açıqladı: AŞPA-ya getmirik
Rusiya Avropa Şurası Parlament Assambleyasının işində iştirak etməyəcək. Federasiya Şurasının AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Aleksandrov AŞPA milli nümayəndə heyətlərinə qarşı ayrı-seçkiliyin yolverilməzliyinə dair qanun qəbul etməyənə qədər vəziyyətin belə davam edəcəyini bildirib: “Bu məsələdə AŞPA-nın mövqeyi əsasdır və əgər Assambleyanın qaydalarına müvafiq dəyişikliklər edilsə, Rusiya bu struktur çərçivəsində öz işini davam etdirməyə hazırdır.
Pens: Trampın bu barədə mövqeyi dəyişmədi...
Donald Tramp Şimali Koreya nüvə və raket proqramını dayandırana qədər təzyiq göstərməyi dayandırmaq niyyətində deyil. Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens danışıb. Onun sözlərinə görə, Trampın bu barədə mövqeyi ötən il ərzində dəyişməz qalıb.
İran hadisələri: həbsxanada ölənlərin sayı 5-ə çatdı
İrandakı etiraz aksiyalarına görə həbs edilən və həbsxanalarda ölən etirazçıların sayı 5-ə çatıb. Bunu “Azadlıq radiosu”nun İran bölməsinə açıqlamasında iranlı hüquq müdafiəçisi Nəsrin Sütudə söyləyib. “Məndə olan məlumatlara görə, 22 yaşlı Sina Qənbəridən başqa, gənc aksiyaçılar Möhsün Adili və Vəhid Heydəri Dezful Ərak zindanında ölüb. Bundan başqa, adları hələlik bəlli olmayan 2 nəfər isə Tehranın Evin zindanında naməlum səbəblərdən həyatlarını itiriblər. Hazırda məsələnin mahiyyətini araşdırmaqla məşğuluq”, - deyə o bildirib.
Məşhur mafiya lideri həbs edildi
Yamaquti-qumi yapon mafiyasının keçmiş rəhbəri Sinexaru Sirai Tailandda həbs edilib. 74 yaşlı Siraini İnterpol ələ keçirib. Sirai 2003-cü ildən qətlə görə beynəlxalq axtarışda olub. İnterpol mafiya liderini Feysbukdakı viruslu fotoları sayəsində ələ keçirə bildiyini açıqlayıb.
Sarkisyandan GÖZLƏNİLMƏZ SÖZLƏR
“Yanacağın bahalaşması, nəqliyyatda gediş haqlarının artması qiyama gətirib çıxara bilər”. Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib. Onun sözlərinə görə, yanacağın bahalaşması təkcə nəqliyyatda tariflərin artması ilə yekunlaşmır: “Bu, yük daşımalarının, eləcə də qida məhsulları da daxil olmaqla bütün malların qiymətinin artması ilə nəticələnəcək. Qiyam özlüyündə neqativdir və bu, siyasi proseslərin yoxluğunun meyvəsidir. Xalq ayağa qalxır, qarşısına çıxanı süpürüb aparır istədiyini edir. Onun qarşısını almaq mümkün olmur”.
Atambayev və qəzaya uğrayan layner:suallar çox, cavab isə yox!
Qırğızıstanın populyar «jebe.kg» internet portalında maraqlı bir məqalə dərc olunub. Materialın aktuallığını nəzərə alaraq, ona oxucularımıza təqdim edirik. Yaxın günlərdə Qırğızıstanda ölkə tarixinin ən qorxunc hadisələrindən birinin ildönümü qeyd olunacq.
12 dərəcə şaxta olacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Yer kürəsi üçün hökm çıxarıldı
Yer planetində davam edən qlobal istiləşmə həyatı dözülməz edəcək və ultrayüksək temperatura görə planet cəhənnəmə çevriləcək. Belə xəbərdarlıqla britaniyalı məşhur fizik Stiven Xokinq çıxış edib.
Körpələr üçün nəzərdə tutulan qidalardan qorxunc bakteriya AŞKARLANDI
Fransada körpələr üçün nəzərdə tutulan toz qidalardan və süddən salmonella bakteriyası aşkar edilib. Fransa Tibbi Sanitariya xidməti bu qidaların və südün toplanmasına qərar verib. Lakin, ölkədə fəaliyyət göstərən bir çox marketlərdə bu qərara məhəl qoyulmayıb və qidalar hələ də satılır.
Ailəsi Həcc ziyarətində olan 8 yaşlı qızı oğurladı, ZORLAYIB ÖLDÜRDÜ - VİDEO
Pakistanda tükürpədici hadisə baş verib.Quran kursundan çıxan qız uşağını oğurlayan şəxs onu zorlayıb, öldürüb. 8 yaşlı qıza təcavüz etdikdən sonra öldürüb, zibillyə atıb. Polislər şübhəlinin tutulması üçün axtarışa başlayıblar. Həmin şəxsin qızı qaçırıb, oğurladığı anların təhlükəsizlik kamerası görüntüləri əldə edilib. Qızın cəsədi evinin iki kilometliyində tapılıb.
İran-İraq sərhədində 3 güclü zəlzələ: Əhali təşvişdə
İran-İraq sərhədində 15 dəqiqə ərzində iki zəlzələ baş verib. Avropa Seysmoloji Xidmət Mərkəzi zəlzələnin yerli vaxtla 10:00-da qeydə alındığını bildirib. Birinci zəlzələnin 5.5, ikincinin isə 5.2 bal gücündə olduğu deyilir.
Təmas xəttində şiddətli DÖYÜŞLƏR GEDİR
Yanvarın 10-da Donbasda anti-terror əməliyyatları zonasında vəziyyət yenidən kəskinləşib. Anti-terror əməliyyatları qərargahının mətbuat mərkəzindən verilən məlumata görə, rusmeylli separatçıların atəşi nəticəsində üç Ukrayna hərbçisi həlak olub, daha üçü yaralanıb.
63 yaşlı aktrisadan ŞOK ETİRAF
63 yaşlı türkiyəli aktrisa Nilgün Belgün verdiyi müsahibədə "Seksdən sonra çox əylənirəm" sözlərinin yanlış başa düşüldüyünü bildirib. Aktrisa "Bəli, sekslə məşğul olmamışdan öncə, buna eşq də daxil, üzümü güldürən insanları seçirəm" deyib.














