Pens: Trampın bu barədə mövqeyi dəyişmədi...
Donald Tramp Şimali Koreya nüvə və raket proqramını dayandırana qədər təzyiq göstərməyi dayandırmaq niyyətində deyil. Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens danışıb. Onun sözlərinə görə, Trampın bu barədə mövqeyi ötən il ərzində dəyişməz qalıb.
11 Yanvar 2018 13:40 DünyaDonald Tramp Şimali Koreya nüvə və raket proqramını dayandırana qədər təzyiq göstərməyi dayandırmaq niyyətində deyil. Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens danışıb. Onun sözlərinə görə, Trampın bu barədə mövqeyi ötən il ərzində dəyişməz qalıb.
"Cənubi Koreyanı, bölgədəki müttəfiqlərimizi dəstəkləyirik. Şimali Koreya ABŞ-ı təhdid edən nüvə-raket proqramlarından çıxana qədər iqtisadi və diplomatik sahələrdə maksimum təzyiq göstərəcəyik", - Pens bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq Şimali Koreya nüvə-raket sınaqlarını davam etdirəcəyini açıqlamışdı. Axar.az