Atambayev və qəzaya uğrayan layner:suallar çox, cavab isə yox!

Qırğızıstanın populyar «jebe.kg» internet portalında maraqlı bir məqalə dərc olunub. Materialın aktuallığını nəzərə alaraq, ona oxucularımıza təqdim edirik. Yaxın günlərdə Qırğızıstanda ölkə tarixinin ən qorxunc hadisələrindən birinin ildönümü qeyd olunacq.

Qırğızıstanın populyar "jebe.kg" internet portalında maraqlı bir məqalə dərc olunub. Materialın aktuallığını nəzərə alaraq, ona oxucularımıza təqdim edirik.
Yaxın günlərdə Qırğızıstanda ölkə tarixinin ən qorxunc hadisələrindən birinin ildönümü qeyd olunacq. Bəli, yəqin ki, xatırladınız, söhbət ötən il yanvarın 17-də Bişkek yaxınlığında "Boinq747-400" yük hava gəmisinin qəzaya uğramasından gedir. Qəza nəticəsində 17-i uşaq olmaqla 39 nəfər həlak olmuşdu. Ölkədə həm də onu yaxşı xatırlayırlar ki, o vaxt Qırğızıstan prezidenti nə baş vermiş qəza ilə bağlı xalqa başsağlığı vermişdi, nə də ki, xalqın qarşısına çıxıb hər hansı bir açıqlama etmişdi. Amma, bəzi məlumatlı şəxslərə yaxşı bəllidir ki, yüksək tribunalardan hər bir vətəndaşın qayğısına qaldığını bəyan etməklə öyünməyi sevən Almazbek Atambayev nədən bu faciənin üstündən belə sükutla keçirdi. Doğrudur, A.Atambayev qəzadan çox üzülmüşdü. Amma, bunun günahsız qırğızların ölümü ilə heç bir əlaqəsi yox idi. Hava laynerində olan 85 tonluq qaçaqmalı məhz onun sifarişi ilə təyinat yerinə gətirilirmiş. Xatırlatmaq yerinə düşər ki, 16 yanvar 2017-ci il tarixində "Boinq747-400" Çinin Honkonq şəhərindən Bişkekə doğru kurs götürür. Əslində "Boinq" Honkonq-Bişkek- İstanbul marşrutu üzrə uçmalı idi. Lakin Qırğızıstanın "Manas" beynəlxalq aeroportuna çatmağa 1,5 km qalmış layner yerə çırpılır. Qəza nəticəsində hava limanının yaxınlığındakı kənddəki 32 ev yerlə yeksan olur. 5 ekipaj üzvündən başqa 39 sərnişin də həyatını itirir, yüzlərlə insan ağır vəziyyətdə xəstaxanalara yerləşdirilir.
Həmin ərəfədə bir çox ölkələrin prezidentləri Qırğızıstan xalqına başsağlığı verdi. Matəm günü yalnız bir nəfərin səsi eşidilmədi-o da Qırğızıstanın lideri Almazbek Atambayev idi. Məqalədə qeyd olunur ki, Atambayevin belə susqunluq nümayiş etdirməsi heç də səbəbsiz deyildi- o qorxurdu ki, qəzaya uğrayan "Boinq" onun qaranlıq əməllərinin üstünə işıq salaraq, Atambayevin ölkədəki "demokratik prezident" imicini zəiflədər .
  Məsələdə maraqlısı o idi ki, qəza bölgəsini araşdıran mütəxəssislər "Boinq"in gətirdiyi 85 tonluq yükün yalnız son model ağıllı mobil telefon və planşetlərdən ibarət olduğunu , üstəlik belə bir həcmdə yükün heç bir uyğun müşayətedici sənədinin olmamasını aşkara çıxarıblar. Sənədsiz olsa belə,amma görünür həmin yükü Qırğızıstanda səbirsizliklə gözləyənlər var imiş. Məqalədə qeyd olunur ki, malların instruksiyalarının qırğız və rus dillərində olması faktı məsələni daha da maraqlı etmişdi.
Doğrudur, sonradan Qırğızıstan rəsmiləri izah etməyə çalışıblar ki, təyyarədəki yükün son təyinat nöqtəsi guya Türkiyə olmalı imiş. Və THY 6491 reysi üzrə hərəkət edən marşrut "Türk Hava Yolları" şirkətinin adına qeydiyyatdan keçib. Guya təyyarə sadəcə Bişkekdə hava limanına enərək yanacaq doldurmalı və yenidən Türkiyəyə doğru istiqamələnməli imiş. Amma aparılan tədqiqatlar Qırğızıstan tərəfinin səsləndirdiiyi bu versiyanın üstündən qalın bir xətt çəkmiş olub. Belə bəlli olub ki, "Boinq"in yanacaq çənlərində hətta Bişkekdə yerə enmədən İstanbula çatmaq üçün kifayət qədər benzin olub.
Məqalədə daha sonra qeyd olunur ki, aparılan araşdırmalar nəticəsində ortaya bir sıra digər maraqlı faktlar da çıxıb. Belə ki, uğursuz "Boinq" Türkiyənin "My Cargo Airlines" aviaşirkətinə məxsus olub. Bu həmin aviaşirkətdir ki, A.Atambayevin biznes ortaqları onun xidmətlərindən tez-tez istifadə edirlərmiş. O da məlum olub ki, məhz həmin təyyarə eyni marşrut üzrə dəfələrlə Bişkek hava limanında yerə enərək yükünü boşaltmış, sonra isə İstanbula istiqamət götürmüşdür. Ən başlıcası isə, belə bəlli olub ki, sən demə Honkonqdan Bişkekə dəfələrlə yükdaşımalar icra edərək, oradan boş salonla İstanbula qayıtmış "My Cargo Airlines" aviaşirkətinə məxsus həmin təyyarənin ümumiyyətlə Qırğızıstanda müvafiq fəaliyyət göstərmək üçün heç lisenziyası belə olmayıb.
Yeri gəlmişkən, məqalədə belə qeyd edilir ki, sözügedən qəzadan sonra şirkət təmsilçiləri KİV-ə bəyan ediblər ki, "Boinq" Bişkekin "Manas" beynəlxalq hava limanına yanacaq doldurmaq mqsədi ilə deyil, məhz göyərtəsindəki yükü boşaltmaq üçün eniş edib. O da qeyd edilib ki, şirkətin təyyarələri qəza anınadək sözügedən marşrut üzrə Çindən Qırğızıstana ümumilikdə 52 reys həyata keçiriblər.
Məqalədə daha sonra qəzaya uğramış təyyarədəki yükün qiymətini müəyyən etmək üçün təqribi riyazi hesablama aparılır. Müəllif qeyd edir ki, təyyarədə Qırğızıstana gətirilən bir "İPhone" markalı ağıllı telefonun qablaşdırılmış haldakı çəkisi təqribən 400 qrama bərabərdir. "Bionq"də isə 85 ton yük olub və bu haradasa 212 min 500 ədəd "İPhone" deməkdir. Ötən il dəbdə olan və daha çox satılan "İPhone 6" və "İPhone 6 S" modellərinin ortalama qiyməti isə 500 ABŞ dollarına bərabər olub. Bu isə deməkdir ki, qəzaya uğrayan təyyarədəki yükün təqribi qiyməti 106 milyon 250 min ABŞ dollarından artıq olub.Malın bazarda satış qiymətinin onun topdansatış dəyərinin təqribən 40%-ni təşkil etdiyini nəzərə alsaq, bu 64 milyon ABŞ dolları edər. Demək, layner qəzaya uğramasaydı mal sahibləri təkcə sözügedən reysdən bir bu qədər xalis gəlir əldə edəcəkdilər! Müəllif yazıda qeyd edir ki, "Boinq"in reysinin xarakteri, eləcə də yükün sənədlərinin tərtibatı, daha doğrusu sənədlərin olmaması ona dəlalət edir ki, mal sahibləri əvvəlcədən yükü gömrük rəsmiləşdirilməsindən gizlətməq məqsədi güdüblərmiş. Başqa sözlə, yük ölkəyə qaçaqmalı kimi keçiriləcəkdi. Əgər belə olmasaydı, yükün Qırğısıstanda, ya da Türkiyədə hansısa sifarişçisi və yaxud sahibi tapılmalı idi. Qəribəsi isə odur ki, qəzadan iki gün sonra Qırğısıstanın nəqliyyat naziri Jamşitbek Kalilov KİV-ə müsahibəsində qəzaya uğrayan laynerin göyərtəsindəki yükün sahibinin kimliyini müəyyənləşdirə bilmədiklərini etiraf edib.
Məqalədə qeyd olunur ki, bu həcmdə olan yükü ölkəyə qaçaq yolu ilə yalnız bir halda gətirmək mümükündür- demək ki, yükün həqiqi sahibi ölkənin ən nüfuzlu şəxsidir, başqa sözlə, bu -prezident Almazbek Atambayev ola bilər. Görünür elə məhz bu səbəbdəndir ki, laynerin qəzaya uğramasının əsl səbəbləri ciddi araşdırılmadı, bu barədə nə ölkə daxilində, nə də ki onun xaricində ictimaiyyətə ətraflı məlumat verilmədi. Hakimiyyət əlindən gələni etdi ki, qəzaya uğramış qaçaqmalı haqda məlumat ölkədən kənara çıxmasın. Elə Almazbek Atambayevin qəzada həlak olanların ailələrinə başsağlığı verməməsinin səbəblərindən biri də bunula bağlı olub.
Yeri gəlmişkən, məqalədə qeyd olunur ki, Qırğızıstan parlamentinin (Joqorku Keneşa) deputatı Omurbek Tekebaev qəzaya uğrayan laynerdəki yükün sahibinin müəyyən edilməsi üçün fərdi qaydada əraşdırmalar aparıb. O hətta öz şübhələrini sübuta yetirmək üçün Avropaya belə səfər edib. Lakin o araşdırmalarını sonadək davam etdirə bilməyib. Belə ki, deputat Vyanadan Bişkekə qayıdarkən, elə hava limanınd həbs olunub. Qəribəsi isə odur ki, bir neçə çağırış Qırğızıstan parlamentinin deputatı olmuş O.Tekebayevə fırıldaqçılıq və korrupsiyada suçlanaraq həbs edilib. Müəllif qeyd edir ki, deputata qarşı ittihamlar irəli sürmək üçün maraqlı bir şəxs tapıblar. Adı bir çox məhkəmə qalmaqallarda hallanan rusiyalı iş adamı Leonid Mayevski bu işdə Qırğızıstan hakimiyyətinin "dadına çatıb". Dərhal da hərəkətə keçiblər. Qırğızıstan Mərkəzi Seçki Komissiyası ötən ilin avqustunda deputatın toxunulmazlıq səlahiyyətlərinin əlindən alınmasına dair qərar çıxarıb. Məhkəmə isə onun barəsində 8 il həbs qərarı kəsib. Hələ bu azmış kimi, deputatın vəkilinin evi də oğruların hücumuna məruz qalıb. Mənzildə demək olar ki, heç bir əşyaya toxunulmayıb. Qarətçilər yalnız Omurbek Tekebayevin həbsinə dair materiallar və laynerin qəzaya uğradığı yanvar ayında toplamış olduğu sənədlər , eləcə də şahid ifadələrinin yığıldığı qovluğu götürərək mənzili tərk ediblər. Görünən odur ki, hakimiyyətdəki maraqlı şəxslər 2017-ci ilin yanvarında baş verən təyyarə qəzasının əsl səbəblərini birdəfəlik yox etməkdə xüsusi sanfəşanlıq nümayiş etdirirlər.
Yazı müəllifinin fikrincə, hazırda Bişkek ətrafında yanaraq külə dönmüş həmin yükün kimə məxsus olmasını doğru-düzün anlata biləcək yeganə bir mənbə vardır ki o da həmin malın satışını həyata keçirmiş çinli iş adamlarıdır. Amma , onlar da bu məsələdə çox ağıllı tərpəniblər. Müəllif qeyd edir ki, çinli iş adamları əllərində olan bu dəlildən Atambayevə qarşı kompromat kimi istifadə etmək qərarına gəliblər və buna nail da olublar. Belə ki, sabiq prezidentə "başa salıblar" ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin də çin tərəfinin maraqlarını müdafiə etməsə hər şey ortaya töküləcək.Və Atambayev də ölkəsi üçün heç də sərfəli olmayacaq şərtlərlə həmin sazişi imzalayıb. Məsələ burasındadır ki, müqavilədə nəinki dəmir yolu, eləcə də onun keçdiyi torpaq sahələrinin Çinin mülkiyyətinə keçməsi, hətta , həmin ərazilərdə aşkarlanacaq faydalı qazıntı yataqlarından istifadə hüququ belə qarşı tərəfə verilməsi əksini tapıb. Bu məsələdə daha bir maraqlıı fakt da ondan ibarətdir ki, ötən 15 il ərzində Çin tərəfi Qırğızıstana dəfələrlə təklif etsə də Bişkek sözügedən dəmir yolunun inşasına qarşı çıxıb. Müəllif yazır ki, iş o həddə çatıb ki, hətta layihə dəyəri 2 milyard ABŞ dolları olan Qırğızıstan ərazisindəki dəmir yolu hissəsinin tikinti xərclərini Çin tərəfi rəsmən öz üzərinə götürdüyünü bəyan edib. Nədənsə ölkə üçün ideal şərt olan belə bir təklif keçərli sayılmayıb.Amma məlum təyyarə qəzasından sonra birdən-birə Almazbek Atambayev fikirlərini tamamilə əks tərəfə döndərib, hətta dəmir yolunun tikintisi üçün Çindən 6 milyard ABŞ dolları (!) dəyərində kredit götürməyə belə razı olub. Başqa sözlə, bir imzası ilə Qırğızıstanın sabiq prezidenti nəinki 6 milyard dollarlıq borcu qırğız xalqının belinə yükləmiş olub, hələ üstəlik,sözügedən müqaviləyə əsasən layihənin tikintisini "Çhina National Mashineru İmp. & Exp. Corporation" adlı çin şirkəti həyata keçirməklə yanaşı, icraat işlərinin də çinlilər tərəfindən həyata keçirilməsinə razılıq verib. Bundan əlavə, magistralın keçəcəyi bütün ərazilərdəki faydalı qazıntılara Çin tərəfi sahiblənəcək. Müəllif yazır ki, bütün bunlar qırğız xalqının başına yalnız ondan ötrü gətirilib ki, Çin tərəffi Bişkek yaxınlığında qəzaya uğramış "Boinq"in gətirdiyi qaçaqmalı yükünün prezident Almazbek Atambayevə məxsus olduğunu açıq şəkildə və dəlil-sübutlarla bütün dünyaya bəyan etməsin! Məqalədə sonda qeyd olunur ki, bir vaxtlar özünü demokrat adlandıraraq xalqın dəstəyi ilə hakimiyyətə gəlmiş Almazbek Atambayev, prezident kürsüsündə oturduğu müddətdə xalqdan oğurlayaraq özünə topladığı varidatı azmış kimi, hələ üstəlik bundan on illər sonra dünyaya gələcək qırğız körpələrinin belinə də dövlət borsunu yükləyərək prezident kürsüsünü tərk etmiş olub.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31