İran hadisələri: həbsxanada ölənlərin sayı 5-ə çatdı

İrandakı etiraz aksiyalarına görə həbs edilən və həbsxanalarda ölən etirazçıların sayı 5-ə çatıb. Bunu “Azadlıq radiosu”nun İran bölməsinə açıqlamasında iranlı hüquq müdafiəçisi Nəsrin Sütudə söyləyib. “Məndə olan məlumatlara görə, 22 yaşlı Sina Qənbəridən başqa, gənc aksiyaçılar Möhsün Adili və Vəhid Heydəri Dezful Ərak zindanında ölüb. Bundan başqa, adları hələlik bəlli olmayan 2 nəfər isə Tehranın Evin zindanında naməlum səbəblərdən həyatlarını itiriblər. Hazırda məsələnin mahiyyətini araşdırmaqla məşğuluq”, - deyə o bildirib.

İrandakı etiraz aksiyalarına görə həbs edilən və həbsxanalarda ölən etirazçıların sayı 5-ə çatıb. Bunu "Azadlıq radiosu"nun İran bölməsinə açıqlamasında iranlı hüquq müdafiəçisi Nəsrin Sütudə söyləyib. "Məndə olan məlumatlara görə, 22 yaşlı Sina Qənbəridən başqa, gənc aksiyaçılar Möhsün Adili və Vəhid Heydəri Dezful Ərak zindanında ölüb. Bundan başqa, adları hələlik bəlli olmayan 2 nəfər isə Tehranın Evin zindanında naməlum səbəblərdən həyatlarını itiriblər. Hazırda məsələnin mahiyyətini araşdırmaqla məşğuluq", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə etiraz aksiyalarında iştirak edən 22 yaşlı etirazçı Sina Qənbərinin işgəncələr altında qətlə yetirilməsinə dair məlumat yayılıb. Bu məlumatı sonradan İran rəsmiləri də təsdiqləyib. Onlar Qənbərinin özünü ayaq yolunda asaraq öldürdüyünü bildiriblər. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31