Dünya
Ərə getmək üçün açılan İNANILMAZ FALLAR: Ruhları necə çağırırdılar?
İnsan ən qədim zamanlardan bəri gələcəyini görməyə can atıb. Qədim Misirdə, Romada, yunan torpaqlarında aşkarlanmış arxeoloji qazıntılar bunun bariz nümunəsidir. Hətta günümüzə çatan müqəddəs kitabların hamısından öncəgörməyə aid rəvayətlər var.
ABŞ ən təhlükəli dövlətdir - Kadırov
ABŞ artıq çoxdandır ki, ən təhlükəli dövlətdir. Bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. “Amerikalıların peyda olduqları yerlərdə nə sadə ABŞ vətəndaşları, nə də biznes tərəfdaşları yoxdur. Diplomatik missiya daşıyıcıları isə ölüm, münaqişə və müharibəyə başlayırlar. Yaxın Şərqdə hərbi münaqişələrlə təxribat törətmək, müxtəlif dövlətlərə düşmənçilik və nifrət aşılamaqla ABŞ artıq çoxdan ən təhlükəli dövlətə çevrilib”, - Kadırov bildirib.
Qadınlar çox yaşayır, ya kişilər? – Alimlər açıqladı
Almaniya və Danimarkadan olan bir qrup tədqiqatçı bioloji xüsusiyyətlərə görə qadınların kişilərdən daha uzun yaşadıqlarını müəyyən ediblər. Alimlər Trinidadda qul ticarəti, İrlandiya, İsveç və Ukraynada aclıq zamanında insanların dözümlülüyünün göstəricisini analiz ediblər.
İstanbulda əməliyyat - Bu dəfə 42 əcnəbi İŞİD-çi saxlanıldı
İstanbul polisi tərəfindən növbəti antiterror əməliyyatı keçirilib. Trend-in məlumatına görə, əməliyyat İstanbulun 7 rayonunda həyata keçirilib. Əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 42 əcnəbi saxlanılıb. Saxlananların hərbi əməliyyatlarda iştirak etdiyi ehtimal edilir. Həmin şəxslərin vətəndaşlıqları açıqlanmır.
Mogerini: İrana qarşı sanksiyaların ləğvi beynəlxalq ticarətə müsbət təsir edib
İranın nüvə proqramı üzrə Birgə hərtərəfli Fəaliyyət Planının icrası çərçivəsində rəsmi Tehrana qarşı sanksiyaların aradan qaldırılması beynəlxalq ticarətə və Avropa İttifaqının (Aİ) İranla iqtisadi münasibətlərinə müsbət təsir göstərib.
Belçikada erməni dərnəyinə silahlı hücum edilib
Belçikanın paytaxtı Brüsseldə ermənilərə məxsus "Sahakyan" dərnəyinə silahlı hücum edilib. Naməlum şəxs və ya şəxslər dərnəyin pəncərəsinə və giriş qapısına atəş açıb. Hadisə baş verən vaxt binada heç kim olmayıb.
Kremldən ABŞ-a xəbərdarlıq: bu ittihamlar...
ABŞ-ın daxili işlərinə müdaxilə ilə bağlı Rusiyaya yönələn bütün ittihamlar yalnız ikitərəfli əlaqələrə deyil, eyni zamanda Amerika tərəfinə zərər verir.
Türkiyə sərhədlərində BÖYÜK OYUN
Türkiyə, Rusiya və İranın qurduğu üçtərəfli ittifaqı və atdığı addımları həzm edə bilməyən ABŞ bölgədə yeni oyunlar qurur. Bunu Suriyanın İdlib əyalətində baş verən son hadisələri və Rusiyanın bu ölkədəki bazalarına hücumları şərh edən “Haber7” saytı yazıb.
Müğənni arvadı ilə keçmiş sevgilisinin VİDEOsunu görən ərdən İNANILMAZ REAKSİYA
Seda Sayanın Demet Akalına qarşı etdiyi səhvə ikincinin həyat yoldaşı Okan Kurtdan reaksiya gəlib. Demetin həyat yoldaşı Okan sosial şəbəkə hesabında "Onun xəbəri yoxdur" deyərək, Sedanı bağışlayıb.
Ailəvi dost olduqları qadına əxlaqsız təklif edən şəxs - Onu bacım bilmişəm
Sakaryanın Kışla qəsəbəsindəki hərbi zavodda çalışan baş çavuş barədə yanında çalışan qadın işçini zorladığı iddiası ilə cinayət işi açılıb. Qadının qeyd etdiyi təcavüz xarakterli sözlər dəlil hesab edilib. İddianamədə baş çavuşun ailəvi gediş-gəlişləri olduğu qadına dediyi sözlər intim xarakterli hesab edilib. Sözügedən qeyddə baş çavuş qadına, "Nə istədiyimi Allah da bilir, sən də bilirsən" kimi sözlər işlədib.
Çindən Yaponiyaya xəbərdarlıq: “Dayandırın”
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kan Yaponiyanı mübahisəli Dyaoyuydao adaları ətrafında süni hadisə yaratmamağa çağırıb. Dyaoyuydao adaları ətrafında Yaponiya ilə Çin arasında ərazi mübahisəsi yaşanır.
Azərbaycanda qaçqın statusu alanların sayı AZALIB - cəmi 8 nəfər...
2017-ci il ərzində Azərbaycanda 8 nəfər əcnəbiyə qaçqın status verilib. Bu məlumatı Dövlət Miqrasiya Xidəti yanında İctima Şuranın sədri Azər Allahverənov açıqlamasında qeyd edib. Onun sözlərinə görə, qaçqın statusu alan 8 nəfər əcnəbidən 7-si İran və Əfqanıstandan gəlib.
Böyük müharibə olacaqmı? - Putin bu ölkədə Qarabağ SSENARİSİNİ REALLAŞDIRIR
“Rusiya və Ukraynanın münasibətlərində çətin ki, 2018-ci ildə hansısa mühüm dəyişikliklər olacaq”. Belə proqnozu "Novaya Vremya" nəşrində dərc etdiyi yazısında siyasi şərhçi Dmitri Oreçkin səsləndirib. Onun sözlərinə görə, Rusiya qoşunları geri çəkilməyəcək və Ukrayna qoşunları Donbasın qayıdışı üçün hücuma başlamayacaq.
Erməni səfir öz ölkəsindən Avropa Məhkəməsinə şikayət etdi
İnsan Haqları üzrə Avropa Məhkəməsi (İHAM) Ermənistanın sabiq XİN rəhbəri Aleksandr Arzumanyanın işi üzrə qərar qəbul edib. Arzumanyan Ermənistanda məhkəmənin 2007-ci ilin mayında onun həbsdə saxlanmasını kifayət qədər əsaslandıra bilmədiyinə görə Avropa Məhkəməsinə müraciət edib.
İgidlərə ehtiyacımız var - Ərdoğan
Bizim xalqa xidmət göstərəcək igidlərə ehtiyacımız var. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.














