Dünya

Futbolçular dönərdən zəhərləndilər

12 Yanvar 2018 08:57

Almaniyanın məşhur “Borussia” (Dortmund) futbol komandasının 9 üzvü toyuq dönərindən zəhərlənib. “Borussia”da təmsil olunan türk futbolçular Nuri Şahin ve Ömər Torpaq, o cümlədən Roman Bürki, Roman Veidenfeller, Mark Bartra, Andre Schürrle, Kristian Pulisik, Jakob Bruun Larsen, Dominik Reiman xəstəxanalıq olub. Onlara mədə-bağırsaq iltihabı diaqnozu qoyulub.

Çində nikahın qeydiyyatı zamanı sifətin tanınması texnologiyasından istifadə ediləcək

11 Yanvar 2018 20:47

İndi sifətin tanınması texnologiyası əsasən xüsusi təhlükəli cinayətkarları aşkar etmək üçün istifadə olunur. Amma tezliklə sözügedən texnologiya Çində mülki məqsədlə (kəbin kəsmə mərasimi zamanı) tətbiq edilə bilər. Hərçənd ki sifətin tanınması texnologiyası bu vəziyyətdə də qanunu pozanları aşkar etmək üçün nəzərdə tutulub.

Avtomobil istehsalı sahəsində yeni texnologiyaların inkişafı üçün vençur fondu yaradılıb

11 Yanvar 2018 20:10

Yaponiyanın “Nissan” və “Mitsubishi” avtomobil konsernlərinin və Fransanın “Renault” şirkətinin daxil olduğu alyans avtomobil istehsalı sahəsində yeni texnologiyaların inkişafı üçün 1 milyard dollar həcmində vençur fond yaradıb. Bu barədə tərəflərin yaydığı birgə bəyanatda deyilir.

Bu il Tarkan ata olacaq, Aslı və Murad evlənəcək... - məşhurlar haqda şok proqnoz

11 Yanvar 2018 19:49

Türkiyəli astroloq Anıl Can məşhurın 2018-ci ildəki iş və şəxsi həyatlarında başlarına gələcəklər haqda iddialar irəli sürüb.

“Ağıllı” velosiped kaskası musiqi dinləməyə imkan verəcək

11 Yanvar 2018 19:43

"COROS" startapı "CES 2018" sərgisində velosipedçilərə musiqi dinləyərək idarəetmədən yayınmamağa imkan verən "COROS Omni" "ağıllı" velosiped kaskasını təqdim edib.

Batareyasız işləyən simsiz “maus” təqdim edilib

11 Yanvar 2018 19:37

Oyun aksessuarı onu enerji ilə dolduran xüsusi kiçik “xalça” ilə birgə işləyir. Oyun aksessuarlarının buraxılışı üzrə ixtisaslaşmış “Razer” şirkəti “CES 2018” sərgisində batareyasız işləyən simsiz “maus” təqdim edib. Oyun cihazı istifadə zamanı kiçik “xalça” vasitəsilə enerji toplayır.

Yeni “Samsung” smartfonları hansı sərgidə nümayiş olunacaq?

11 Yanvar 2018 19:21

"Samsung" şirkəti qabaqcıl "Samsung Galaxy S9" və "Samsung Galaxy S9+" smartfonlarını fevralın 26-dan martın 1-dək Barselonada keçiriləcək "Mobile World Congress" (MWC 2018) sərgisi çərçivəsində təqdim edəcək. Bu barədə şirkət nümayəndəsi "CES-2018" Beynəlxalq istehlak elektronikası sərgisində bildirib.

Ekrana qurulmuş barmaq izləri skaneri ilə təchiz edilmiş smartfon nümayiş etdirilib

11 Yanvar 2018 19:16

“Synaptics” şirkəti ötən ilin dekabrında barmaq izləri skanerinin smartfonun ekranına qurulması texnologiyası və ilk belə aparatın bazara  çıxarılması haqda bəyan etmişdi. Bir neçə gün sonra məlum olmuşdu ki, Çinin “Vivo” şirkəti “Synaptics” texnologiyasına malik ilk smartfonunu təqdim edəcək.

Casus xüsusiyyətlərinə malik küçə fənəri təqdim edilib

11 Yanvar 2018 18:48

Bu il “CES” sərgisində elm və yüksək texnologiyaların müxtəlif sahələri üzrə olduqca maraqlı yeniliklər təqdim edilir. Maraqlı yeniliklərdən biri “Wi-Fiber” adlı startap tərəfindən təqdim edilmiş "ağıllı" modulyar küçə fənəridir. Fənər "ağıllı şəhər" konsepsiyasının bir hissəsi ola bilər, çünki o, yoldan keçənləri izləmək, təhlükə haqda xəbərdarlıq etmək və hətta internet paylamaq imkanına malikdir.

Nə elçilik olacaq, nə də nişan - toya hazırlaşırlar

11 Yanvar 2018 18:43

Müğənni Alişan Eda Erolla nişanını qaytardıqdan sonra aktrisa Buse Varolla eşq yaşamağa başlamışdı.  Cütlük ailə qurmağa hazırlaşır. Alişanın aparıcı dostu Ece Erken verilişində bildirib ki, bu dəfə ifaçı nə elçilik, nə də nişan düşünür.

Türkiyədə kütləvi zəhərlənmə - 176 şagird "xəstəxanalıq oldu"

11 Yanvar 2018 17:48

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Məlumata görə, keyfiyyəttisz qida səbəbindən 176 şagird zəhərlənib. Məlumata görə, şagirdlər xəstəxanaya yerləşdirilsə də, onların sağlamlığının normal olaraq dəyələndirildiyi bildirilir. Hadisə ilə bağlı cinayət işi başlayıb.

Çavuşoğlu Kanadaya gedir - NİYƏ?

11 Yanvar 2018 17:40

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kanadaya səfər edəcək. Məlumata görə, nazir Vankuver şəhərində ABŞ və Kanada xarici işlər nazirlərinin “Koreya yarımadasında sülh və sabitlik” adlı iclasında iştirak edəcək. Məlumata görə, M.Çavuşoğlunun səfəri yanvarın 15-16-da baş tutacaq.

Qazaxıstanda qara qar yağdı

11 Yanvar 2018 17:39

Qazaxıstanın Temirtau şəhərində qara rəngli qar yağıb. Məlumata görə, bu anomaliyanın araşdırılması üçün qar nümunəsi laboratoriyaya təqdim olunub. Qarın bu rəngdə yağmasının ilkin səbəbi kimi havada zərərli maddələrin olması ehtimal edilir. 

Ərdoğan: “Bu vəzifədə olduğum müddətdə ABŞ Türkiyədən hər hansı terrorçunu ala bilməz”

11 Yanvar 2018 17:30

“ABŞ terrorçunu Türkiyəyə vermir, bəhanələr uydurur, o zaman ABŞ da bizdən heç bir terrorçu almayacaq. Mən bu vəzifədə olduğum müddətdə ABŞ Türkiyədən hər hansı terrorçunu ala bilməz”.