Dünya

İtkin düşən 14 yaşlı qızı gündə 20-30 kişiyə satdılar 

12 Yanvar 2018 11:48

İtkin düşən 14 yaşlı qıza narkotik maddə içirib, onu fahişəliyə cəlb edən 3 nəfər 18 il müddətinə azadlıqdan məhrum edilib.  İngiltərədə Jake Cairns, Brandon Sharples və Jack McInally 14 yaşlı qızı qaçırıb, kölə kimi saxlayıb, gündə 20-30 kişiyə satıblar. Onlar qızın yaşını 18 kimi təqdim edərək eskort saytlarında elan veriblər.

Sərdar Ortac etiraf etdi

12 Yanvar 2018 11:47

Yıldız Tilbə ilə Sezen Aksunun barışmağı haqqında jurnalistlərin suallarını cavablandıran Sərdar Ortac Ebru Gündeş ilə aralarında olan soyuqluğa da aydınlıq gətirib. Olaylar.az bildirir ki, Sərdar Ortac həyat yoldaşı həbs olunduqdan sonra dostu Ebruya mənəvi dəstək olmadığını etiraf edib.

Türkiyə ordusunda çevrilişə GİZLİ HAZIRLIQ: İranla eyni gündə...

12 Yanvar 2018 11:44

Türkiyədə FETÖ terror təşkilatının yeni dövlət çevrilişi cəhdi de-şifrə edilib. Bu barədə “Yeni Şəfəq” qəzeti yazıb. Qəzetin məlumatına görə, həbs olunan bir çox FETÖ üzvü hər şeyi etiraf edəndən sonra sərbəst buraxılır, Türkiyə Silahlı Qüvvələri (TSK) isə ehtiyacı nəzərə alaraq, peşman olan hərbiçiləri yenidən qəbul edir.

Putin Ukrayna gəmilərini qaytarır

12 Yanvar 2018 11:32

Moskva Krımda ələ keçirdiyi gəmiləri Kiyevə verməyə hazırdır. Bunu KİV rəhbərləri ilə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib.

Tacikistanda güclü zəlzələ

12 Yanvar 2018 11:29

Tacikistanda 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Tacikistan Elmlər Akademiyasının geofiziki xidmətindən informasiya yayılıb. 

Prezidentdən şok qərar: Qiymətlər 2 dəfə artdı

12 Yanvar 2018 11:27

Türmənistan polisi ölkə yollarında ağ rəngli avtomobillərdən başqa bütün maşınları saxlamağa başlayıb. Saxlanılan avtomobillər heç bir səbəb gətirilmədən cərimə meydançalarına aparılırlar. Polis daha sonra sürücülər qarşısında şərt qoyaraq onların ya avtomobillərini ağ rəngə boyamalarını, ya da ki, sürücülükdən imtina etməsini istəyir. Hökumətin yeni tələbi artıq avtoservislərdə də özünü göstərməyə başlayıb. Ölkədə maşın rəngləməsinin qiyməti 500 dollardan 1000 dollara qədər artıb.

Təkrar istifadə oluna bilən kağız hazırlandı

12 Yanvar 2018 11:26

Çinli alimər tərəfindən üzərində çap edilən mətn və şəkillərin silinməsi mümkün olan yeni növ kağız hazırlanıb. Tədqiqatçılar hesab edirlər ki, çap üçün təkrar istifadə edilə bilən bu material ətraf mühiti qorumağa imkan verəcək. Olaylar.az bildirir ki, yeni kağız kimyəvi maddələrlə hopturulmuş çoxtəbəqəli polimer örtükdən ibarətdir. Yeddi müxtəlif rəng almaq üçün həmin maddələr metal duzları ilə reaksiya girir.

ABŞ-a yeni təhdid: Çin kosmosu ələ keçirir

12 Yanvar 2018 11:21

Çində kosmik texnologiyalarla bağlı tədqiqatlar və istehsala yatırılan investisiyaların artırılması Amerika tərəfindən cavabsız qalmamalıdır. Bunu ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin iclasında çıxışı zamanı konqresmen Duq Lamborn söyləyib. Onun sözlərinə görə, Çinin peyk sənayesi təhdid xarakteri daşıyan tempdə artır. O, son iki ildə Çin zavodlarında 40 kosmik aparatın istehsal edildiyini bildirib.

Jirinovski canlı efirdə SÖZ VERDİ: “Sizi güllələyəcəyik!” - VİDEO

12 Yanvar 2018 11:15

"Rossiya 1" telekanalında yayımlanan "60 dəqiqə" verilişində qalmaqal baş verib.  Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski ukraynalı politoloq Vadim Tryuxana qarşı sərt ifadələr işlədib. Tryuxan Amerika silahının Ukraynaya çatdırılması mövzusu ilə bağlı müzakirəsinin gedişatında bildirib ki, Moskva ABŞ-ın dəstəyinə görə Kiyevdən qorxmalıdır. Bundan başqa, o bildirib ki, Rusiya Kiyevi daim hədələyir.

Təyyarə  məcburi eniş edib

12 Yanvar 2018 09:55

"Ryanair" aviaşirkətinin təyyarəsi İspaniyanın Santander şəhərində iki sərxoş sərnişinə görə məcburi eniş edib. Təyyarə Dublin - Alikante (FR7063) reysini yerinə yetirirdi.

İbrahim Tatlısəs kiminlə evlənmək istəyir?

12 Yanvar 2018 09:45

Məşhur türk müğənnisi İbrahim Tatlısəs sonuncu dəfə ayrıldığı həyat yoldaşı Ayşəgül Yıldız haqqında söylədiyi fikirlər hər kəsin təəccübünə səbəb olub. Olaylar.az bildirir ki, Seda Sayanın verilişinə telefon vaistəsilə qatılan müğənni “Ayşəgül Yıldıza aşiq deyiləm.

Müğənni 2 azyaşlı uşağını döydüyünü etiraf etdi

12 Yanvar 2018 09:33

35 yaşlı müğənni Kelli Klarkson öz etirafı ilə sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub.  İfaçı iki azyaşlı uşağını döydüyünü deyib. Bunu tərbiyə metodu adlandıran Kelli valideynlərinin də vaxtilə ona əl qaldırdıqlarını və bunun yaxşı üsul olduğunu söyləyərək mübahisəni daha da qızışdırıb: 

Erməni politoloq: “Sərkisyanın erası bitib”

12 Yanvar 2018 09:07

Ermənistanın Respublikaçılar Partiyası bu ay ölkə prezidentliyi postuna namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparacaq. Bunu erməni mediasına Respublikaçılar Partiyasının mətbuat katibi, Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov deyib. “Respublikaçılar Partiyası hələlik rəsmi müzakirələr aparmayıb, ola bilsin növbəti həftə müzakirələrə başladıq”-Şarmazanov əlavə edib. O bildirib ki, Ermənistan prezidenti partiyasız olmalıdır. Vitse-spiker deyib ki, Respublikaçılar Partiyası ciddi tərcümeyi-hala və avtoritetə malik olan namizədi irəli sürəcək.

ABŞ generala viza vermədi

12 Yanvar 2018 09:05

ABŞ səfirliyi Serbiya Müdafiə Nazirliyinin qərargah rəisi, general Ljubisa Dikoviçə viza verməkdən imtina edib. Dikoviç ABŞ-da keçiriləcək "Radikal təşkilatlara qarşı mübarizə" adlı konfransda iştirak üçün səfirlikdən viza almaq istəyib və rədd cavabı alıb. Serbiyanın müdafiə naziri Aleksandr Vulin Dikoviçə viza verilməməsini "mənasız addım" adlandırıb.