Dünya

Türkiyə XİN-dən çağırış: ABŞ-a getməyin!

12 Yanvar 2018 13:33

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-a səfər edən vətəndaşlara xəbərdarlıq edib.  Türkiyə XİN son vaxtlarABŞ-da sürətlə artan terror, təcavüz, silahlı hücumlarla əlaqədar vətəndaşları bu ölkəyə mümkün qədər səfər etməməyə, gedəcəkləri halda ehtiyatlı olmağa çağırıb.

İraq türkmənləri qəzaya düşdü: 9 ölü, 28 yaralı

12 Yanvar 2018 13:32

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda İraq vətəndaşlarını daşıyan avtobus aşıb. Qəza nəticəsində 3-ü uşaq olmaqla 9 nəfər həlak olub, 28 nəfər yaralanıb.

Təyyarə radarlardan itdi - Səmada həyacanlı anlar

12 Yanvar 2018 13:30

Fransanın Lion şəhərində  həyəcanlı dəqiqələr yaşanılıb. Əlcəzairdən Fransanın Lion şəhərinə istiqamətlənən Air-Algeria havayollarına məxsus  Boinq -707 təyyarəsi ilə rabitə əlaqələri gözlənilmədən tamamilə kəsilib. Təyyarə radar ekranlarından itməsədə dispetçer xidmətinin çağırışlarına və suallarına cavab verilməyib.

Putinin ətrafındakı 300 nəfərə AĞIR ZƏRBƏ: 17 gün qaldı

12 Yanvar 2018 13:00

ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib. “Biz bunun üzərində işləyirik. Yeni sanksiyalar yaxın gələcəkdə elan ediləcək”, - Mnuçin deyib. 

"“Murdar” ölkələrdən gələn immiqrantlar bizə lazım deyil” - Tramp

12 Yanvar 2018 12:56

ABŞ Haitidən və “murdar” Afrika ölkələrindən gələn immiqrantları deyil, Norveç kimi ölkələrdən olan immiqrantları qəbul etməlidir.  Bunu ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasından və Respublikaçılar Partiyasından olan konqresmenlərlə görüşündə deyib.  Ağ ev Trampın belə sözlər işlətdiyini inkar etməyib: “Vaşinqtondakı bəzi siyasətçilər digər ölkələrin maraqları uğrunda mübarizə aparmağa üstünlük verirlər, amma prezident Amerika xalqının maraqları uğrunda həmişə mübarizə aparacaq”.

İrəvanda generalların gizli görüşü: Müdafiə naziri yola salınır

12 Yanvar 2018 12:39

Ermənistanın yüksək hərbi dairələri yeni hökumətdə yeni müdafiə naziri görmək istəyirlər. Artıq hakim Respublika Partiyasında müdafiə nazirinin istefaya göndərilməsi müzakirə mövzusudur.

Kim Çen In: “Sanksiyaları 100 il uzatsalar da, bizə ziyanı yoxdur”

12 Yanvar 2018 12:31

Şimali Koreya lideri Kim Çen In ölkəsinə qarşı sanksiyaların 10 yaxud 100 il uzadılmasının ciddi problem yaratmayacağını deyib. O, ölkəsinin hadisələrin istənilən cür inkişafına hazır olduğunu vurğulayıb.

Xameneinin əsas varisi Almaniyadan qaçdı

12 Yanvar 2018 12:28

İranın Məhkəmə Sisteminin keçmiş rəhbəri Mahmud Haşemi Şahrudi Almaniyanı tərk edib. Bu barədə informasiyanı “Yerusəlim Post” qəzeti yayıb. Qəzet Şahrudinin Almaniyanı ona qarşı federal prokurorluq tərəfindən ittiham aktı irəli sürüldükdən sonra tərk etdiyini bildirib. Şahrudinin ölkədən “İran Eyr” aviaşirkətinin təyyarəsi ilə qaçdığı vurğulanıb.

Əsədin arvadı erməniləri ziyarət etdi

12 Yanvar 2018 12:21

Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma əl Əsəd “Erebuni” Suriya Ermənilərinə Xaç Yardımı təşkilatının Dəməşq filialını ziyarət edib. Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. O, görüş zamanı xeyriyyə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

İran hərbi gəmisi Xəzərdə qəzaya uğradı

12 Yanvar 2018 12:12

İran Hərbi Dəniz Qüvvələrinin Dəmavən freqatı Xəzər dənizində qəzaya uğrayıb. Ənzəli limanında güclü fırtına səbəbi ilə gəmi dalğaqıran bəndə çırpılıb. Hadisə zamanı iki dənizçinin itkin düşdüyü bildirilir. Onların xilas edilməsi üçün zəruri axtarış tədbirlərinə start verilib.

Qafqazdan Osmanlıya göndərilmiş qulların sənədləri tapılıb

12 Yanvar 2018 12:10

XIX əsrdə Qafqazdan Osmanlıya göndərilən qulların siyahısı tapılıb.  Rusiya alimlərinin gün üzünə çıxardığı sənədlər Qafqazdan Osmanlı İmperiyasına aparılan qullarla bağlı açıqlamaların olduğu ilk sənəddir. Sənədlər Qara dəniz sahillərində 1810-cu ildə ələ keçirilən qullarla dolu gəmi ilə bağlıdır.

Polşa Avropa İttifaqından çıxır?

12 Yanvar 2018 12:09

“Polşa hakimiyyəti Avropa İttifaqından çıxması üçün referendum təşkil edə bilər”. Bu barədə Avropa Şurasının rəhbəri Donald Tusk məlumat verib.

Türkiyədə avtobus qəzasında 9 nəfər öldü

12 Yanvar 2018 12:02

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Türkiyədən İraqa sərnişin aparan avtobus Şırnaq vilayətinin Silopi rayonunda qəzaya düşüb. Nəticədə 9 nəfər ölüb, 28 nəfər xəsarət alıb.

Yaponiyada qar fəlakəti - VİDEO

12 Yanvar 2018 11:55

Yaponiyada qar yağışı özü ilə birgə fəsadlar gətirib. Orta illik normadan 10 dəfə çox yağan qar ölkə ərazisində nəqliyyatın vəziyyətini iflic edib. Yağıntılardan ən çox əziyyət çəkən bölgə Niiqata, Fukui, İsikava və Toyama prefekturaları olub.